Accessibility links

Praqada keçirilən "Forum-2000" konfransında demokratiya məsələləri müzakirə edilib


Praqada "Forum-2000" konfransı
Praqada "Forum-2000" konfransı

Oktyabrın 8-10-da Praqada "Forum-2000" konfransı (Strengthening Democracy in Uncertain Times - 21st Forum 2000 Conference) keçirilib. Dünyada demokratiya uğrunda mübarizə naminə konfrans Vatslav Havel tərəfindən təşis edilib.

Konfransda müxtəlif ölkələrdən ictimai xadimlər, hüquq müdafiəçiləri, yazıçılar və jurnalistlər iştirak ediblər.

Müasir dünyada demokratiyanı necə qorumalı mövzusuna həsr olunan yekun iclasda Karl Gerşman (Demokratiyaya Milli Dəstək Fondunun prezidenti, ABŞ), Panda Mbovy (professor, Seneqal), Adam Mixnik (Polşanın Wyborcza qəzetinin baş redaktoru), Yorq Ramirez (Boliviyanın keçmiş prezidenti), Leyla Yunus (Azərbaycan Sülh və Demokratiya İnstitutu) çıxış ediblər.

Yekun iclasının aparıcısı Simon Panek ("Möhtac insanlar" qeyri-hökumət təşkilatının təsisçisi, Çexiya) olub.

Tədbirdə çıxış edən L.Yunus Azərbaycanda və Mərkəzi Asiya ölkələrində siyasi rejimləri xarakterizə edib. O qeyd edib ki, diktatorlar ölkələri Suriyanın yolu ilə aparırlar və demokratik birlik yeni Bəşər Əsədləri dayandırmalıdır.

XS
SM
MD
LG