Accessibility links

RATİ Varşavada Azərbaycanda insan hüquqları ilə bağlı dinləmələr keçirir


RATİ
RATİ

Sentyabrın 17-də Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) insan hüquqlarının dəyərləndirilməsi üzrə konfransı çərçivəsində Azərbaycanda insan hüquq və azadlıqları sahəsində vəziyyətlə bağlı paralel dinləmələr keçiriləcək. Tədbirin təşkilatçısı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutudur (RATİ).

“Azərbaycan insan hüquqlarının pozulması uzun və uğursuz tarixə malikdir. 2014-cü ildə bir neçə milli və beynəlxlaq QHT-nin müxtəlif ittihamlarla cinayət təqiblərinə məruz qaldığı zamandan başlayaraq vətəndaş cəmiyyəti təzyiqlər altındadır. Problemlər bu gün də davam edir, belə ki, bu təşkilatların bəziləri ölkə daxilində fəaliyyətlərinin həyata keçirilməsində çətinliklərlə üzləşirlər. Azərbaycan hakimiyyəti dəfələrlə fundamental azadlıqlara etinasızlıq nümayiş etdirib”, RATİ rəhbəri Emin Hüseynov belə hesab edir.

Ondan başqa tədbirdə Polşanın "Uniya" Fondunun rəhbəri və "Şərq Tərəfdaşlığı" vətəndaş cəmiyyəti forumunun rəhbər komitəsinin sədri Kşiştof Bobinski və Avropa Şurasının QHT Konfransının prezidenti Anna Rurka məruzəçi olacaq.

Azərbaycan hökuməti ölkədə insanların fundamental hüquqlarının tam təmin edildiyini bəyan edir. Hökumət bununla bağlı tənqidləri qəbul etmir və qərəzli sayır.

XS
SM
MD
LG