Accessibility links

Demokratların iki ştatda qalib gəlməsi respublikaçılar üçün xəbərdarlıq siqnalıdır [Video]


Demokratların iki ştatda qalib gəlməsi respublikaçılar üçün xəbərdarlıq siqnalıdır
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Demokratların iki ştatda qalib gəlməsi respublikaçılar üçün xəbərdarlıq siqnalıdır

Nyu Cersi ştatının qubernatoru seçilən demokrat Fil Mörfi öz qələbəsini prezident Trampa qarşı olan narazılığın nəticəsi hesab edir.

“Bu gecə Nyu Cersi hər kəsə aydın bir mesaj göndərdi. Biz bundan daha yaxşıyıq.” - deyə, Mörfi bildirib.

Virciniyada isə demokrat Ralf Northam öz kampaniyasında Trampın xüsusilə immiqrasiya siyasətini dəstəkləyən respublikaçı Ed Qillespiyi məğlub edib.

Analitik Stiv Pyuplsun sözlərinə görə, demokratların qələbəsinə səbəb həvəsli olmaqları və Trampa fokuslanması olub.

Asiyada səfərdə olan Tramp tvit yazaraq Virciniyada Qillespinin məğlubiyyətinə səbəb onun kampaniya müddətində Trampın platformasından uzaq durması olub.

Hər iki ştatda aparılan rəy sorğularında görünür ki, Tramp demokratlar üçün motivasiya rolunu oynayıb və növbəti Konqres seçkilərində bu respublikaçılar üçün problem yarada bilər.

Demokratların Virciniya və Nyu Cersidə qalib gəlməsindən sonra Konqresdəki respublikaçılar seçicilərin inamını geri qazanmaq üçün vergi islahatı qanununu təsdiqlətməyə çalışacaqlar.

Seçkilərin nəticələri Trampın prezident seçilməsinin bir illiyinə təsadüf edib. Çərşənbə axşamı demokratların qazandığı qələbəni ABŞ tarixinin ən aşağı etimad reytinqinə sahib prezidentinə öz siyasətini dəyişməsi üçün bir işarə kimi qiymətləndirmək olar.

XS
SM
MD
LG