Accessibility links

Demokrat Daq Cons respublikaçıların güclü olduğu Alabamada qalib gəldi [Video]


Demokrat Daq Cons respublikaçıların güclü olduğu Alabamada qalib gəldi
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Demokrat Daq Cons Respublikaçıların böyük dəstəyə malik olduqları Alabama ştatında Senat seçkilərində qalib gəldi. Seçki kampaniyasının ilk günlərində Consun respublikaçı Roy Mur üzərində qələbəsi real görünmürdü. Amma Murun ifrat mühafizəkar mövqeyi və yeniyetmə qızlara etdiyi cinsi qısnama ittihamları seçkinin axarını dəyişdi.

Kütlə Daq Consun qələbəsinin elanını eşidən kimi bayram etməyə başladı. Alabama ştatını təmsil etmiş sabiq senator Cef Seşşens Tramp administrasiyasında baş prokuror vəzifəsini icrasına başlayandan sonra, onun Senatdakı yeri uğrunda xüsusi seçkilər keçirildi.

Daq Consun respublikaçı namizəd Roy Mura qarşı şanslarının çox az olduğu hesab edilirdi. Lakin seçki kampaniyası dövrü Murun 30 yaşlarında olan dövrdə yeniyetmə qızlara cinsi qısnamada ittiham olunmasından sonra vəziyyət kəskin dəyişdi.

Cons qələbə nitqində dedi ki, bu seçkilərin taleyini ortaq insan dəyərləri müəyyən etdi.

“Günün sonu, seçkilər dürüstlük və hörmət üzərində qurulmuşdu. Bu seçki kampaniyası qanunun aliliyi, ləyaqət, habelə yaşadığı məhəllədən asılı olmayaraq bu ştatdakı hər kəsin bərabər haqlar əldə etməsi barədə idi.”

Sabiq prokuror Consun qələbəsində afrikalı-amerikalıların fəal iştirakının böyük rolu olub. Cons 90-cı illərdə prokuror olduğunu zaman 1963-cü ildə dörd gənc qızın ölümü ilə nəticələnən kilsə hücumu ilə əlaqəli olan Ku Kluks Klan irqçi qrupunun iki üzvünün istintaqını uğurla apardığına görə tanınır. Həmin qətl Vətəndaş Hüquqları Hərəkatı zamanı hər kəsi sarsıtmışdı.

“Alabama yol ayırıcında idi. Biz keçmişdə də belə seçim qarşısında olmuşuq və təəssüf ki, adətən yalnış istiqamət götürmüşük. Lakin bu gecə, xanımlar və cənablar, biz düzgün yolu götürdük.”

Hətta cinsi qısnama ittihamlarından öncə belə Mur haqqında fikirlər birmənalı deyildi. Onun haqqında mənfi reputasiyanın səbəbi kəskin mühafizəkar fikirləri olub. Mur hətta iki dəfə ştatın Ali Məhkəməsindən uzaqlaşdırılılıb. İlk dəfə vətəndaş müharibəsindən sonra qəbul edilən konstitusiya əlavələrinin daxil edilmədiyi displeyi məhkəmə zalından çıxarmadığına görə, ikinci dəfə isə ABŞ Ali Məhkəməsinin eynicinsli nikahları qanuniləşdirməsi qərarını qəbul etmədiyinə görə.

Bütün ittihamlara baxmayaraq, Mur prezident Donald Trampın və onun seçki kampaniyasının meneceri, Respublikaçılar partiyasının ifrat-sağçılar fraksiyasının lideri Stiv Bannonun dəstəyini almışdı.

Hətta Consun qələbəsi elan ediləndən sonra belə Mur məğlubiyyəti qəbul etməyə imtina etdi.

“Biz bilirik ki, Allah hər şeyə nəzarət edir. Bilirsiniz ki, bu seçki kampaniyası dövrü problemlərdən biri o idi ki, məni xoşagəlməz və inancsız biri kimi təqdim etdilər.”

Prezident Tramp Consu qələbə münasibətilə təbrik etdi, lakin əlavə etdi ki, Respublikaçılar həmin Senat yerinin 2020-ci seçkilərində geri alacaqlar.

Consun qələbəsi respublikaçıların Senatdakı kiçik üstünlüyünü daha azaltdı. Onun qələbəsi ilə Senatda respublikaçılar və demokratların nisbəti 51-49 oldu. Ən əsası isə bu qələbə növbəti ilin konqres seçkilərində demokrarata əlavə güc verdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG