Accessibility links

Demokratların debatında milli təhlükəsizlik məsələsi diqqət mərkəzində


Demokrat partiyasından prezidentliyinə namizədlər Hillari Klinton, Berni Sanders və Martin O'Malley Ayovada debat zamanı
Demokrat partiyasından prezidentliyinə namizədlər Hillari Klinton, Berni Sanders və Martin O'Malley Ayovada debat zamanı

ABŞ prezidentliyə demokrat namizədlərin debatında milli təhlükəsizlik və xarici siyasət məsələləri diqqət mərkəzində olub. Prezident seçkilərində əhəmiyyət daşıyan Ayova ştatında debat Parisdə terror aksiyalarından sonra keçirilir.

Debat terror hücumları nəticəsində həyatını itirmiş 129 nəfərin xatirəsinin bir dəqiq sükutla anılması ilə başlayıb.

ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klinton şənbə günü prezidentliyə namizədlərin ikinci debatında deyib ki, İslam Dövləti ekstremist qrupu məğlub edilməlidir.

O bildrib ki, Birləşmiş Ştatlar "İslam Dövləti qrupu kimi radikal qrupların əsaslandığı jihadçı ideologiyanın kökünün kəsilməsi üçün dünyanı bir araya gətirməlidir." Hillari Klinton "ABŞ-ın müsəlmanlarla müharibədə deyil, zorakı ekstremistlərlə müharibədə olduğunu" vurğulayıb.

Digər namizəd Berni Sanders debatda açılış çıxışında Parisdə terror hücumlarını şok kimi qarşıladığını deyib və "bu ölkənin planeti İslam Dövləti kimi barbar təşkilatardan təmizləyəcəyinə" söz verib.

Berni Sanders Hillari Klintonu 2003-cü ildə İraq müharibəsinə Konqresdə səs verdiyinə görə tənqid edib.

"Hesab edirəm ki, mənim tamamilə əleyhinə olduğum İraqa dağıdıcı müdaxilə regionu bütünlüklə qarışıqlığa sürükləmiş və Əl-Qaidə və İŞİD kimi qrupların yaranmasına gətirib çıxarmışdır"-deyə Berni Sanders bildirib.

Debata qatılan daha bir namizəd Merilend ştatının keçmiş qubernatoru Martin O'Malli deyib ki, milli təhlükəsizlik sahəsində İslam Dövləti qrupu kimi təhlükələrə cavab verilməsi üçün "ABŞ-da yeni düşüncəyə və yeni rəhbərliyə ehtiyac var."

CBS tele şirkəti və New York Times qəzetinin debatdan əvvəl keçirdiyi rəy sorğusuna əsasən, Hillari Klinton ölkə üzrə demokrat seçicilərin 52 faizinin, Berni Sanders isə 33 faizinin dəstəyinə malikdir. Rəy sorğusu Martin O'Mallinin səslərin cəmi 3 faizinə malik olduğunu göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG