Accessibility links

Vanda nümayişlər və toplantılar qadağan edilib, şəhərə giriş-çıxış məhdudlaşdırılıb


Van
Van

Vanda seçkilərdə qalib gəlsə də, Bələdiyyə sədri olduğunu təsdiq edən sənədi verilməyən DEM Partiyası (Xalqların Bərabərliyi və Demokratiya Partiyası) üzvü Abdullah Zeydana dəstək nümayişləri davam edərkən, valilik hər cür nümayişin və nümayişlərə qatılma ehtimalı olan şəxslərin 15 gün ərzində şəhərə girişinə qadağa qoyub.

Zeydana bələdiyyə sədri olduğunu təsdiq edə şəhadətnamə verilmədikdən sonra başlayan hadisələr gecə boyu davam edib. Bu gün başda DEM Partiyası olmaqla bir çox partiya və qurumlar Zeydana dəstək üçün şəhərə gələcəklərini açıqladıqdan sonra Valilik bir sıra qadağa qərarları verib.

Qərara uyğun olaraq, açıq havada və qapalı yerlərdə hər cür görüşlər qadağan edilib, şəhərə giriş məhdudlaşdırılıb.

Digər tərəfdən, dünən müxtəlif vilayətlərdə keçirilən nümayişlərdə 89 nəfər saxlanılıb.

Bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib: “Vanda 26, Hakkari Yüksekovada 29, Hakkari mərkəzdə 9, Siirtdə 4, Batmanda 5, Şırnakda 10, İzmirdə 6 olmaqla ümumilikdə 89 şübhəli saxlanılıb.

Bu arada DEM Partiyası Vanda seçkilərdə qalib gəlsə də, şəhadətnaməsi verilməyən Abdullah Zeydanla bağlı bu gün Yüksək Seçki Qurumuna (YSK) etiraz edib. Partiya Van İl Seçki Şurasının qərarının ləğvini tələb edib.

DEM Partiyasının həmsədrləri Tuncer Bakırxan və Tülay Hatimoğulları da bu gün Vana gedirlər.

Vanda keçiriləcək Mərkəzi İdarə Heyətinin (MYK) toplantısına qatılacaq iki həmsədrin daha sonra ictimai toplantıya qatılması planlaşdırılır. Uzun illər siyasətdən uzaq qalan DEP-in keçmiş deputatı Leyla Zana da bu gün Vanda olacaq.

Forum

XS
SM
MD
LG