Accessibility links

Danimarka Almaniyada HƏMAS üzvləri olduğu iddia edilən şəxslərin həbsi ilə eyni vaxta təsadüf edən terror təhqiqatını genişləndirir


Prokurorun cümə günü bildirdiyinə görə, Danimarka Niderlandda HƏMAS üzvü olduğu iddia edilən bir və Almaniyada bir neçə nəfərin həbsi ilə eyni vaxta təsadüf edən iş çərçivəsində iki nəfəri həbsdə saxlayır və daha dörd nəfər terror təhqiqatının hədəfindədir.

Danimarka HƏMAS-la əlaqənin olduğunu deməsə də, Almaniya rəsmiləri orada həbs olunan üç nəfərin Avropadakı yəhudi qurumlarına hücumlara hazırlaşmaqda şübhəli bilindiyini bəyan edib.

Danimarka rəsmiləri Niderlandda bir nəfərin həbs edildiyini bildirsə də, bunun Almaniyada HƏMAS-la bağlı təhqiqatla hər hansı əlaqəsinin olub-olmadığı aydın deyil.

Danimarkada saxlanılan iki şübhəlinin yanvarın 9-na kimi istintaq təcridxanasında qalması barədə qərar çıxarılıb. Digər dörd nəfərin harada olduğu və onların axtarışlarının davam edib-etmədiyi barədə məlumat verilməyib.

Cümə axşamı Danimarkanın kəşfiyyat agentliyi PET "terror aktı" planlaşdırmaqda şübhəli bilinən üç nəfərin həbs edildiyini elan edib. Kopenhagen məhkəməsində gecə davam edən məhkəmədən sonra prokuror Anders Larsson cümə günü onlardan birinin sərbəst buraxıldığını bildirib. Lakin o, həmin şəxsin hələ də şübhəli hesab edilib-edilmədiyi barədə heç nə deməyib.

Larsson daha dörd nəfərin "qiyabi olaraq məhkəməyə qədər həbsdə" saxlanıldığını da bildirsə də, onların harada olduqları və ya aktiv axtarışın davam edildiyi barədə məlumat verməyib. O, heç bir açıqlama vermədən "hələ də azadlıqda olanlar var" deyib.

Məhkəmə qərarına əsasən, şübhəlilərin heç birinin kimliyi haqda məlumat verilməyib və məhkəmə iclası "ikiqat bağlı qapılar" arxasında keçirilib. Bu isə o deməkdir ki, məxfilikdə saxlanılan iş haqqında heç bir təfərrüat yoxdur.

Alman prokurorlar cümə axşamı Almaniyada saxlanılan üç nəfərə HƏMAS-ın daha əvvəl Avropada quraşdırılan silah anbarını tapmaları tapşırıldığı verildiyini iddia edib. Onlar deyib ki, "silahlar Berlinə aparılmalı və Avropada yəhudi institutlarına qarşı potensial terror hücumları üçün hazır vəziyyətdə saxlanılmalı idi."

Forum

XS
SM
MD
LG