Accessibility links

Azərbaycanlıların Ermənistandan son deportasiyasından 25 il keçir


Deportasiya
Deportasiya

Son deportasiya zamanı 182 min azərbaycanlı qaçqın düşüb

Azərbaycanlıların hazırkı Ermənistan dövlətinin ərazisindən tam deportasiyasının 25 ili tamam olur. Son deportasiya əməliyyatı ilə Ermənistan dövləti 8 min kvadrat kilometr ərazidə (172 yaşayış məntəqəsi) yaşayan azərbaycanlı sakinlərini tarixi torpaqlarından qovaraq acı məhrumiyyətlərə məruz qoyub.

1988-ci ilin soyuq dekabrının birinci ongünlüyündə Ermənistan ərazisində yaşayan 182.000 azərbaycanlı (rəqəm BMT-nin Qaçqınlar üzrə Ali komissarlığınındır), 18.000 kürd və min nəfər rus (rəqəmlər Azərbaycan Respublikası keçmiş Ali Sovetinin Qaçqınlar üzrə komissiyasınındır) zorla daimi yaşayış yerlərindən deportasiyaya məruz qalıb. Keçmiş SSRİ Daxili İşlər nazirliyinin yarımçıq qalmış istintaq materiallarından göründüyü kimi, Ermənistan hökuməti tərəfindən həyata keçirilən deportasiya əməliyyatı zamanı 216 azərbaycanlı qətlə yetirilib; o cümlədən 2 nəfərin diri-diri başı kəsilib, 11 nəfər diri halda, 2 nəfər isə öldürüldükdən sonra yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranıb, 29 nəfər maşın təkərləri altında qoyulub, 41 nəfər döyülərək öldürülüb, 49 nəfər dağlarda donub, 1 nəfər elektrik cərəyanına qoşularaq öldürülüb, 1 nəfər özünü öldürüb, 10 nəfər infarktdan ölüb, 8 nəfər itkin düşüb. Öldürülənlərin 57-si qadın, 23-ü uşaqdır.

Azərbaycan və Ermənistan görüntüsü
Azərbaycan və Ermənistan görüntüsü
Ümumilikdə, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir.

Azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qaçqınlıq məhrumiyyətləri nəinki Azərbaycanda, eləcə də Ermənistan özündə və başqa ölkələrdə çap olunmuş kitablarda da kifayət qədər öz əksini tapıb.

Erməni müəllifi Zaren Karkadyanın "Sovet Ermənistanının əhalisi 1831-1931-ci illərdə" kitabında yazır: "1820-ci ilədək indiki Ermənistan ərazisində olan 2300 yaşayış məntəqəsindən 2.000-də azərbaycanlılar yaşayıb. "Belə ki, Azərbaycanın parçalanması ilə nəticələnən 1828-ci il İran və Rusiya arasında bağlanmış Gülüstan müqaviləsindən sonra indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar vaxtaşırı kütləvi deportasiyalara məruz qalıb. 1986-cı ildə Yerevanda dərc olunmuş

"Ermənistan və ətraf rayonların toponimləri lüğəti" adlı kitabda yazıldığı kimi "indiki Ermənistan ərazisində yaşayanların 70 faizi 1828-1930-cu illərdə Türkiyə və İrandan gəlmiş mühacirlərdir."

Və ya 1911-ci ildə Peterburqda nəşr olunmuş Y.Şavrovun "Zaqafqaziyada rus işinə təhlükə" kitabından oxuyuruq: "1928-1930-cu illərdə Zaqafqaziyaya İrandan 40, Türkiyədən isə 84.600 erməni köçürülərək erməni millətinin cüzi olduğu İrəvan quberniyasının ən yaxşı torpaqlarında yerləşdirilib." Həmçinin ABŞ professoru Castin Makkarti "Genosid olmuşdurmu?" kitabında qeyd edir: "1820-1920-ci illərdə 600 min erməni Rusiya ərazisinə köçürülmüş, iki milyon müsəlman isə bu ərazini tərk edib."

XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər adlı - dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG