Accessibility links

Depressiyaya qarşı yeni mualicənin müsbət təsirləri var [Video]


Depressiyaya qarşı yeni mualicənin müsbət təsirləri var
please wait

No media source currently available

0:00 0:01:38 0:00

Dünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, dünya boyu 350 milyondan çox insan ya depressiyadadır, yaxud da depressiya keçirib. Bu, qlobal miqyasda əlilliyə başlıca səbəblərdən biridir. Bu xəstəliyin mualicəsi üçün çox sayda dərman və müalicə formaları var. Maqnitlə edilən yeni mualicənin belə görünür ki, müsbət təsirləri var.

Depressiyanın müalicəsində adətən selektiv serotonin inhibitorlarından istifadə edilir ki, bu, insanın beyindəki kimyəvi balansa təsir göstərir və depressiyanın şikəstedici simtomlarını yumşaldır.

Əgər siz dərman terapiyasından istifadə etmək istəmirsinizsə, psixoterapiyadan istifadə edə bilərsiniz. Hazırda isə yeni, “Transkranial maqnit stimulyasiyası” adlanan yeni mualicə forması var. Kaliforniya universitetindən Endryu Loikter: “TMS - Transkranial Maqnit Stimulyasiyası nevromodulyasiya adlanan müalicənin bir hissəsidir”.

TMS-lə mualicə maqnit impulslarını xəstənin beynində hədəf alınan hissələrin dərinliklərinə göndərməkdən ibarətdir. “Güclü təkanlar verməklə biz beyindəki həmin ərazinin işini, eyni zamanda bütün beyin şəbəkəsinin işini dəyişirik" deyə, Endryu Loikter bildirir.

Bu təkanlar, yəni impulslar insanların depressiyasına səbəb olan beyindəki zəif nahiyələri stimullaşdırır və belə bir mualicə müsbət nəticələr verir. “Mən bu mualicəni 100 faiz tövsiyə edirəm. Mən depressiyadan əziyyət çəkən çox sayda insanla söhbət etmişəm və onlara bu proqramı məsləhət görmüşəm. Bu mənim həyatımı qurtardı və mən bu proqramdan istifadə etdiyim üçün çox xoşbəxtəm” deyə, depressiyadan əziyyət çəkən Bob Holms bildirir.

Los-Ancelsedəki Kaliforniya Universitetinin alimləri bu müalicənin şizofreniya, epilepsiya və digər xroniki ağrıların müalicəsindəki potensialını araşdırır.

XS
SM
MD
LG