Accessibility links

Deputat Gürcüstan parlamentini İranda ölümə məhkum edilmiş qadının müdafiəsinə çağırıb


A boy signs a petition calling for an end to stoning during a demonstration by members of the International Committee Against Stoning in Trafalgar Square, London, 24 Jul 2010
A boy signs a petition calling for an end to stoning during a demonstration by members of the International Committee Against Stoning in Trafalgar Square, London, 24 Jul 2010

Xanım Kervalidze İran hökumətinin qadının üzərindən ölüm hökmünü götürməsini xahiş edir

Gürcüstan parlamentinin deputatı Rusudan Kervalidze həmkarlarına müraciət edərək İranda ölüm hökmünə məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyaniyə kömək göstərilməsini xahiş edib. “Media forum” saytının məlumatına görə, Kervalidze deputatları dünya ictimaiyyətinin səsinə səs verməyə və İran hökumətinə Səkinənin üstündən ölüm hökmünün götürülməsi xahişi ilə müraciət göndərməyə çağırıb.

Aştiyani Təbrizdəndir. 5 ildir İranda həbsdə saxlanır. O, əri qətlə yetiriləndən sonra iki kişi ilə zina etməkdə günahlandırılaraq 2005-ci ildə həbs olunub. Təbriz məhkəməsi əvvəlcə onu 99 şallaq zərbəsinə məhkum edib və hökm icra olunub. Sonradan Səkinə Məhəmmədi Aştiyaniyə yeni iş açılıb. O, ərinin qətlində iştirakda və onun sağlığında da zinakarlıq etməkdə günahlandırılıb, daşqalaq yolu ilə edama məhkum olunub. Azərbaycanlı qadın ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

XS
SM
MD
LG