Accessibility links

Deputat: 'Vətəndaşlarımız müalicəyə İrana, Türkiyəyə gedirlər'


Fazil Qəzənfəroğlu
Fazil Qəzənfəroğlu

“Azərbaycanda iqtisadiyyatın neftin qiymətindən asılılığı davam edir və bu halda möhkəm əsaslı iqtisadiyyat qurulacağı inandırıcı görünmür”.

Bunu iqtisadçı-ekspert Azər Mehdiyev deyib. O, Azadlıq Radiosuna 2018-ci illə bağlı gözləntilərini açıqlayıb.

Amma ekspert vurğulayıb ki, hazırda dünya bazarında neftin qiyməti Azərbaycan hökumətindən ötrü sərfəlidir.

Azər Mehdiyev
Azər Mehdiyev

Azər Mehdiyev deyib ki, bu il seçki ili olduğundan ayrı-ayrı sahələrə vəsait ayrılması çoxaldıla bilər. Onun fikrincə, bu da yeni iş yerlərinin açılması istəyindən irəli gəlir.

Qeyri-neft sektorunun inkişafı məqsədilə texnoparklar, sənaye məhəllələri və sənaye parkları yaradıldığını deyən ekspert vurğulayıb ki, bunlar iqtisadi inkişafa ciddi əsas vermir.

Azər Mehdiyev deyib ki, 2015-ci ildən bu yana ölkənin bank sektorunda problemlər davam edir. Bu da onun fikrincə, iqtisadi inkişafa mane olan əsas səbəblərdən biridir:

“2016-ci ildə bir xeyli bank bağlandı. Ötən ildə də bu proses davam etdi. Bankların bağlanması və ya birləşməsi prosesinin 2018-ci ildə də davam edəcəyini söyləmək olar”.

“İnkişaf insan kapitalına çevrilmir”

“İndiki şərtlərlə ölkə iqtisadiyyatı, əsasən, neftin qiymətindən asılı olaraq dayanıb. Odur ki, inkişaf neft qiymətlərinə bağlıdır”.

Bunu da deputat Fazil Mustafa bildirib.

Fazil Mustafa vurğulayıb ki, müəyyən iqtisadi inkişaf var. Amma onun insan kapitalına çevrilməsi görünmür:

“Bu inkişafın nəticəsi kimi ölkədə yüksəksəviyyəli universitet sistemi, tibb sistemi olmalı idi. Bunu görmürük. Təhsil pulları Türkiyəyə, Gürcüstana və xarici ölkələrə axır. Vətəndaşlarımız müalicə üçün İrana, Türkiyəyə və başqa xarici ölkələrə gedirlər. Ən böyük maliyyə qazandıran sahələrdən biri idman iqtisadiyyatıdır. Bu biznesə çevrilməyib. Bir-iki şəxsə həvalə etməklə idman inkişaf edə bilməz”.

Deputat daha sonra bildirib ki, dünyada resursları az olan ölkələrdən biri İspaniyadır:

“Amma bu ölkə idman iqtisadiyyatını inkişaf etdirməklə problemlərini həll edə bilir”.

Fazil Mustafa hesab edir ki, daha bir məsələ ölkədə sahibkarlığın inkişafından ötrü əlverişli mühitin yaradılmasıdır. Onun fikrincə, ölkənin inkişafı bu amildən də asılıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG