Accessibility links

Keçmiş deputatlara vəzifələr verilir


Milli Məclisin keçmiş vitse-spikeri Bahar Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Bununla bağlı prezident İlham Əliyev martın 12-də sərəncam imzalayıb.

B.Muradova 2005-2019-cu illərdə Milli Məclis sədrinin müavini olub. Bu il keçirilən son növbədənkənar parlament seçkilərində üzv olduğu Yeni Azərbaycan Partiyası onun namizədliyini irəli sürməmişdi.

Buna qədər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olan Hicran Hüseynova prezident İ.Əliyevin sərəncamı ilə vəzidən azad olunub. O, fevralın 9-da keçirilmiş parlament seçkilərində iştirak edib və 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat seçilib.

Prezidentin martın 12-də imzaladığı digər sərəncamı ilə başqa bir keçmiş deputat Elmira Axundova da Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Milli Məclisin 5-ci çağırış deputatı olan E.Axundova 9 fevral seçkilərində iştirak etməmişdi.

Milli Məclisin 5-ci çağırış tərkibi vaxtından əvvəl buraxılıb. Bundan ötrü deputatlar özləri ölkə rəhbərliyinə müraciət ediblər. Onlar bunu prezidentin islahatlar kursuna dəstək vermək kimi izah ediblər.

Bununla belə, 5-ci çağırış Milli Məclisin yarıdan çoxu yenidən deputat seçilib.

Bir sıra müxalifət qüvvələri isə hesab edirlər ki, ölkədə seçkilər yenidən saxtalaşdırılıb. Onların fikrincə, Azərbaycanda gerçək islahatlar aparılmır, onun imitasiyası yaradılır. Hərçənd, rəsmilər bu fikirləri qəbul etmirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG