Accessibility links

Dərbənddə vəziyyət stabilləşib


Dəebənddə sel
Dəebənddə sel

Leysan nəticəsində 320 ev su altında qalıb, 6 nəfər ölüb

Dərbənddə aramsız leysan yağışlarının yağmasından sonra yaranmış vəziyyət stabilləşib.

APA agentliyi Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsinə istinadən bildirir ki, şəhərə dolmuş su kütləsi artıq axıb, FHN əməkdaşları binaların zirzəmilərindən suyu boşaltmaqla məşğuldur.

Xatırladaq ki, leysanla əlaqədar 320 ev su altında qalıb. Hazırda yolların selin gətirdiyi daşlar, qrunt və zibildən təmizlənməsi işi davam edir. Ümumilikdə bərpa işlərinə 557 nəfər və 86 texnika cəlb olunub. Təbii fəlakət nəticəsində 6 nəfər ölüb, onlardan biri azyaşlı uşaqdır.

Qeyd edək ki, dünən gecə Dərbəndə güclü leysan yağışları yağıb. Fəlakət bölgəsində 1120 nəfər, o cümlədən 280 uşaq qalıb. Bölgədə fövqəladə vəziyyət elan olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG