Accessibility links

Dəri üzərində sənət əsəri - Tatu [Video]


Dəri üzərində sənət əsəri - tatu
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Dəri üzərində sənət əsəri - tatu

Əgər dərini kətan hesab etsək tatu sənət əsəridir.

Hər il Nyu York şəhərində keçirilən Tatu sərgisinə 20 mindən çox insanı cəlb edən də məhz bu sənətdir. Tatu elətdirmək ildən-ilə daha da populyarlaşır. Hazırda hər 10 amerikalıdan 3-nün və dünya əhalisinin isə 40 faizinin bədənində döymə var.

Bir zamanlar subkultura sayılan tatular artıq normaya çevrilib. Bədəninin bir hissəsinə daima orda qalacaq bir şəkil çəkdirmək istəyənlər skletlərdən tutmuş kənəpəklərə qədər istənilən mövzuya uyğun olanı seçə bilərlər.

Tatunun meynstrim və bəzi sağlamlıq risklərinin olmasına baxmayaraq biznesi çox gəlirli ola bilər. Tatu sənətçiləri bir saat görə orta hesabla 250 dollar qazanır. Bir qol döyməsinin edilməsi bir həftədən çox vaxt alır. Bu da sənətçinin xeyrinə işləyən faktordur.

Bəziləri məşhur tatu sənətçilərinin əsərlərini toplayır. Stan bu günə qədər 15 məşhur sənətçi tərəfindən tatu edilib. Rəssamların özləri də özlərindən sonra qoyduqları nişanənin əbədi olduğunu dərk edirlər.

"Rəsm əsərini sən istədiyin yerə asıb və ya kiməsə verə bilərsən. Ancaq bu əsər dəridə olanda sonsuza qədər səninlə olur. Ona görə işini mükəmməl etməlisən çünki, sənin ancaq bir şansın var.'' - deyə, tatu sənətçisi Katillin bildirib.

Sərgidə iştirak edənlərin heç də hamısı tatu elətdirmir. Ceyn sadəcə stiker yapışdırıb. Ancaq o bilir ki, əgər böyüyəndə bədəninə həqiqi tatu elətdirmək istəsə onun atasına buna etiraz etməyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG