Accessibility links

ABŞ-da dərslər onlayn keçirilir


ABŞ-da dərslər onlayn keçirilir
please wait

No media source currently available

0:00 0:02:23 0:00

ABŞ-da dərslər onlayn keçirilir

ABŞ-da koronavirusla əlaqədar məktəblərin əksəriyyəti bağlanıb. Hazırda uşaqların tədrii onlayn davam etdirilir.

8-ci sinif şagirdi Katrina Şeppke ilk dəfə riyaziyyat dərslərini onlayn keçməsindən razılığını bildirir.

“Şəxsən evdəki rahatlığımı qoyub çıxmamaq xoşuma gəlir. Həm də adətən olduğundan daha az çalışıram.”

Lakin Katrinanın kiçik bacısı İva yeni təhsil sistemini ideal hesab etmir.

“Qapanmış vəziyyətdə qalmışam. Müəllimlərim, dostlarım üçün darıxıram. Məktəbə getmək üçün darıxıram.”

Onların anaları Alina Merilend ştatında müəllim işləyir. O, keçidin çətin olmadığını, lakin texniki problemlərin çox olduğunu deyir.

“Bəzən mən online dərs keçdikdə onlar da onlayn dərsə qoşulmalı olur. Bu, çətinlik yaradır. Dərslərimi daynadırmalı, uşaqları dərslərə qoşmalı oluram.”

Merilend ştatında onlayn platforma yaradılması bir neçə həftə vaxt aparıb.

“Həm müəllimlər, həm də şagirdlər üçün bu yeni texnolgiyaya alışmaq, məktəbdə olduğu qədər eyni dərəcədə yaxşı təlimlər almaq çətinliklər yaratmışdı. Lakin indi biz bunu evlərimizdən etməyə məcburuq” - deyə, riyaziyyat müəllimi Rayan Menk deyib.

Katrina və İva online tədris sisiteminə öyrəşməkdədir. Evdə qalan bütün şagirdlərə mesaj verilir.

“Evdə qalın. Bu, çətin deyil. Əminəm ki, sizin yarınız bunu arzulayırdınız. Arzularınız yerinə yetib. ”

“Biz onlayn tədrisimizi davam etdirməliyik. Əllərimizi yumalı, bir yol tapınb evlərdə qalmalıyıq” , İva bildirib.

Müəllim Rayan Menk deyir ki, Merilendin məktəb sistemi şagirləri yalnız yeməklə təmin etmir, həm də onları labtoplar və Wi-Fi-la təmin edir. Belə ki, onlar hər yerin bağlı olduğu bir vaxt təhsillərini davam etdirməlidir.

XS
SM
MD
LG