Accessibility links

Dərsə gedən bir robot [Video]


Dərsə gedən bir robot
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Orta məktəbdə oxuyanda, xəstələnənəndə evdə qalmalı olurduq. Əgər xəstəliyimiz ciddi idisə həfətələr hətta aylarca dəsrlərdən geri qalırdıq. Amma artıq yeni texnologiya bunu dəyişə bilər. İndi xəstə uşaqların yerinə dərsə robotlar gedə biləcək.

Kloe Qreyin otağını unikornlar bəzəyir. O, zamanının böyük hissəsini də məhz burada keçirir.

Chloe Qrey
Chloe Qrey

Beyin iflici əməliyyatı nəticəsində Kloe bir aydan çox müddət evdə, dərslərindən, dostlarından uzaq qalmalı olub.

Amma Kloe virtual olaraq dərslərdə iştirak edir, çünki onun yerinə hər gün məktəbə Klo-Bot gedir.

Kloe Klo-Botu uzaqdan, yəni öz otağından robotu hazırlayan Double Robotics-in vebsaytından idarə edir. Klo-Bot Seqvey üzərinə yerləşdirilən iPad-dir.

150-dərəcə geniş-bucaqlı kamera sayəsində o, sinif otağında baş verənləri görə bilir.

Kloe müəllimini eşidir.

O, sinif yoldaşları ilə birlikdə çalışır və qrup layihələrində də iştirak edir.

Klo-Bot hətta sualla belə cavab verir.

Kloe əlini qaldıranda da müəllim bunu bilir.

Əvvəl-əvvəl o əlini qaldırmağa utanırdı. Amma indi elə bil hiss yaranıb ki, sankı Kloe özü sinifdədir.
Meri Fursela

Belə ki, Kloe vebsaytdakı slayderi qaldıranda, Klo-Bot da qalxır.

Müəllimə Meri Fursela deyir ki, Kloe hər zaman belə deyildi.

“Əvvəl-əvvəl o əlini qaldırmağa utanırdı. Amma indi elə bil hiss yaranıb ki, sankı Kloe özü sinifdədir”, deyə o bildirir.

Məktəbdə nahar fasiləsi zamanı Kloe kameranın bucağını dəyişir ki, yeri görə bilsin və ən yaxın rəfiqəsi ilə birlikdə kafeteriyaya gedir.

Atası isə ona otağına yemək gətirir və Kloe dostları ilə eyni anda nahar edir.

“Əməliyyatdan bir müddət sonra o, yataqdan belə çıxmaq istəmirdi. Bu robotla isə onun hər səhər tezdən oyanmağa motivasiyası olur", o deyir.

Dərslər bitəndə Klo-Bot-un işi də qurtarır. Kloe onu enerji stansiyasına sürür. Məktəbdə üç min dollar dəyəri olan bu robotlardan altı ədəd var. Kloe-ninki isə ona hədiyyə edilib.

“O, mənə çox yardım edir”, Kloe deyir.

Bununla belə, Kloe məktəbə geri dönməyi çox istəyir. Amma hələ ki, Klo-Bot ona çox yardım edir.

XS
SM
MD
LG