Accessibility links

Dezmond Tutu: Corc Buş və Toni Bleyer məhkəmə qarşısına çıxarılmalıdır


Arxiyepiskop Dezmond Tutu deyib ki, sabiq ABŞ prezidenti Corc Buş və Britaniyanın sabiq baş naziri Toni Bleyerin 2003-cü ildə İraqa qarşı hücuma görə məhkəmə qarşısına çıxarılmalıdır. Britaniyanın “Observer” qəzetində çıxan yazısında Tutu bildirib ki, onlar bizi qarşımızda Suriya və İran mənzərəsi olan uçuram kənarına çatdırıb.

Cənubi Afrikanlı ruhani Qərb liderlərinin Afrikalı həmkarları ilə fərqli stadartlara malik olduğunu deyərək, İraq müharibəsinin yalana əsaslandığını bildirib. O deyib ki, kütləvi qırğın silahları bəhanəsi ilə edilən hücum dünyada sabitsizlik və parçalanmaya yol açıb.

Dezmond Tutu bildirib ki, İraq müharibəsindəki insan tələfatı Buşla Bleyerin məsuliyyətə cəlb edilməsinə kifayət qədər əsas verir.

Nobel Sülh Mükafatı laureatı deyib ki, yalana əsaslanan qərarlar verən liderlərin əməlləri nəticəsiz qalacaqsa, biz gələcək nəsillərə nə öyrətmiş olacağıq?
Tutu Cənubi Afrika konfransında iştirak etməməsini Bleyerin iştirakı ilə keçirilən tədbirdə qatılmaq istəməməsi ilə izah edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG