Accessibility links

Detroytun kəldani xristian icmasının üzvləri İraqa geri göndərilə bilər [Video]


Miçiqanın Detroyt şəhərində 114 iraqlı ilə bağlı aparılan məhkəmə işində öldürüləcəkləri və ya işəgəncəyə məruz qalacaqları ehtimalı yüksək olan inasanları vətənlərinə geri göndərməyin qanuna uyğun olub-olmadığı müzakirə olunur. Bu məhkəmə işinin müxtəlif ölkələrdən olan minlərlə xarici üçün böyük təsirləri ola bilər.

Heç kəsi təqibə və ya işgəncəyə məruz qalacağı yerə göndərmək olmaz. Məsələn el-salvadorlular kimi digər icmaların belə toxunulmazlıqları var.
Nora Yuxana

Störlinq Haytsda yerləşən bu alış-veriş mərkəzində musiqi səslənir və ənənəvi kəldani rəqsi ifa edilir. Kəldanilər İraq xristianlarıdır və onlar qanuni şəkildə ABŞ-a köçüb.

Sakinlər deyir ki, bir neçə həftə əvvəl alış-veriş mərkəzindəki İştar restoranına immiqrasiya rəsmiləri gəlib. Rəsmilərin əlində barələrində deportasiya qərarı çıxan iraqlıların siyahısı olub. Onların çoxu onillər əvvəl cinayət törədib və həbsdə olub. Rəsmilər onları saxlayıb, Ohayo, Arizona və Nyu-Meksikodakı həbsxanalara yollayıb.

“Daha öncə mənə bir kişi öz dilində dedi ki, onların mağazasına bir neçə nəfər daxil oub. Onlar isə qorxub və nə edəcəklərini bilməyib”, deyə vəkil Nora Yuxana bildirir.

Yuxana həbs olunmuş iraqlılara pulsuz yardım edən bir neçə vəkildən biridir. Onlar deportasiyaya son qoyulması üçün federal məhkəməyə müraciət edib. Onlar iddia edir ki, bu iraqlılar kəldani xristianları olduqları üçün, İraqda təqib olunacaqlar.

Yuxana deyir ki, bu məhkəmə işi ABŞ-ın işgəncə əleyhinə beynəlxalq razılıqlar qarşısındakı öhdəçiliyini yenidən təsdiqləyir və bunun dini inaclarına görə təqib olunmaqdan qorxan digər icmalara da təsiri ola bilər.

“Heç kəsi təqibə və ya işgəncəyə məruz qalacağı yerə göndərmək olmaz. Məsələn el-salvadorlular kimi digər icmaların belə toxunulmazlıqları var. Onlar təyyarəyə otuzdrulub, geri göndərilə bilməzlər. Onların məsələsi məhkəməyə qədər getməlidir ki, onlar Konqresin təmin etdiyi bütün imtiyazlardan istifadə edə bilsin”, o deyir.

Prezident Donald Tramp immiqrasiyaya qarşı təqibləri davam etdirsə də, bu mühafizəkar dini azlıq qrup reydlər baş verəndə təəccüblənib. Onların çoxu da məhz elə Trampa səs verib.

“Barələrində ölkədən çıxarılma qərarı çıxan bu insanların çoxu 80-90-cu illərdə cinayət törədib. Onlar nə Reyqan, nə Buş, nə Obama nə də Klintonun hakimiyyəti dövründə ölkədən çıxarılmayıb. Ona görə də, biz onların İraqa göndərilmə hədəsi altında həbs olunduqlarını eşidəndə şoka düşdük”, deyə Kəldani Xristian Fondunun prezidenti Martin Manna bildirir.

Amma bəziləri də deyir ki, bu qanun icra olunmalıdır.

“Prezident hər zaman ölkə qanunlarının əsas icraçısıdır. O, qanunları yaratmır. Qanunları Konqres yaradır. Prezident bu qanunları ya icra edir, ya da etmir. Bu halda isə o, qanunu icra etməyə qərar verib”, Makomb Qraflığının sakini Larri Mik deyir.

Kəldani xristianların İraqdan kənardakı ən böyük icması Störlinq Haytsda yaşayır.

XS
SM
MD
LG