Accessibility links

Devid Hoqan: ABŞ Azərbaycanın bölgənin nəqliyyat mərkəzi olmaq səyini dəstəkləyir


Amerika səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan
Amerika səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan Azərbaycanın nəqliyyat nazirinin müavini ilə görüşüb.

ABŞ səfirliyinin Twitter səhifəsinin məlumatına görə, görüşdə ABŞ-ın bölgə ticarətinə dəstəyi müzakirə edilib.

“ABŞ Azərbaycanın bölgənin nəqliyyat mərkəzi olmaq səyini dəstəkləyir. İnkişaf etmiş ticarət bütün bölgəyə bəhrə verə bilər. Bölgə ticarətinin inkişafı ABŞ-ın Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün verdiyi dəstəyin vacib hissəsidir”, cənab Hoqan qeyd edib.

XS
SM
MD
LG