Accessibility links

Deyvid Kameron Avropa İttifaqında islahatlara çağırır


Britaniyanın Baş naziri Deyvid Kameron Britaniyanın 28 üzvlük blokdan çıxsması ilə bağlı referendumdan öncə Avropa İttifaqını bir sıra islahatlar həyata keçirməyə çağırıb.

Bunlar arasında Avropa İttifaqının avro valyutasından istifadə etməyən üçdə bir hissəsini təşkil edən ölkələrin müdafiə tələbi də var.

Deyvid Kameron bir qrup ölkəyə Avropa İttifaqının onların milli maraqlarına uyğun olmayan qərarlarının birlikdə qarşısını almasına imkan verən mexanizmlərin yaradılmasından danışıb. O həmçinin Avropa İttifaqını Britaniyanın "daha yaxın birlik üçün işləməsi" öhdəliyinə son qoyacaq aydın və dəyişilməyəcək razılıq hazırlamalı olduğunu qeyd edib.

Britaniyanın Baş naziri deyib ki, o, Avropa İttifaqına üzv ölkələrdə işçi qüvvəsinin azad hərəkətini dəstəkləyir, lakin mühacirətə nəzarət edilməsində daha ədalətli sistemin olmasını və hökumətlərin daha çox səlahiyyətlərə malik olmasını istəyir.

Deyvid Kameron Britaniyanın Avropa İttifaqında qalmasının tərəfdarı olsa da, 2017-ci ilin sonuna qədər ölkədə referendum keçirməyə söz verib. O deyib ki, seçiciləri Avropa İttifaqını tərk etmək qərarını versə, bu, son qərar olacaq və Britaniya yeni müzakirələr, ya da yeni referendum üçün açıq olmayacaq.

XS
SM
MD
LG