Accessibility links

Oskar qalibi Leonardo DiKaprio “The Revenant” filmində [Video]


Oskar qalibi Leonardo DiKapiro
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Oskar qalibi Leonardo DiKapiro

Leonardo DiKaprionun ən yaxşı aktyor kimi Oskar mükafatına layiq görülməsi heç kəsi təəccübləndirmədi. Onun 1820-ci illərdə mərkəzi Amerika çöllərində üzləşdiyi dəhşətli sınaqlardan sağ çıxmış obrazı canlandırması rejissor Alehandro İnarritunun “The Revenant” filminin və Oskar qalibi Emmanuel Lubezkinin möhtəşəm kinematoqrafiyasının ayrılmaz parçasıdır.

Hyu Qlass və onun xəz dəri axtaran ekspedisiya qrupu hindlilər tərəfindən hücuma məruz qalır. Ələ keçirilənlərdən yalnız bir neçə nəfəri qaça bilir.

DiKaprio cəmi bir neçə kəlmə işlədir. Lakin o, soyuqdan donmasını, kədərini, hiddətini, yəni bütün emosialarını yalnız hərəkətləri və gözləri ilə nümayiş etdirir. Bunları etmək çox çətindir.

Artıq hər şey geridə qalır. Onun tərəf müqabili aktyor Tom Hardinin ifa etdiyi Fidjeralddır. Ayı Hyu Qlassı yaralayandan sonra Fidjerald onun yarı hindli oğlunu öldürür və Hyunu ölmək üçün meşədə tək qoyub gedir. Lakin o, sağ qalır.

Bu, Amerika çöllərində tək qalan insanın intiqam hissi və dözümlülük haqqındakı hekayəsidir. Rejissor İnarritu filmdə DiKaprionun gücünü nümayiş etdirir. “O, cəmi bir neçə kəlmə işlədir. Lakin o, soyuqdan donmasını, kədərini, hiddətini, yəni bütün emosialarını yalnız hərəkətləri və gözləri ilə nümayiş etdirir. Bunları etmək çox çətindir.”

Oskar mükafatına layiq görülən DiKaprionun qələbəsi əlbəttə ki, rejissor İnaritunun gözəl və sərt təbiət də daxil edilməklə, özünəməxsus üslübu olmadan tamamlanmazdı. “Alehandronun məqsədi poetik bir hekayə yaratmaq idi. Burada insan ruhunun qələbəsini görmək olur.”

Rejissor Alehandronun məqsədi poetik bir hekayə yaratmaq idi. Burada insan ruhunun qələbəsini görmək olur.

Biz Hyu Qlassın sağ qalmaq üçün çəkdiyi acıları və mübarizəsini görürük. “The Revenant” filmi mənəvi səyahət və İnaritunun nümayiş etdirdiyi kimi planlaşdırılmamış mənzərə təsiri bağışlayan görüntü əslində dondurucu temperaturda Kanada qayalıqlarında ustalıqla çəkilən bir filmdir. “Biz saatlarla yol getdik, geyim və qrimə uzun zaman sərf etdik. Günorta saat 3-dən sonra oralar qaranlıq olur. Beləliklə, yüzlərlə əlavə kadr çəkmək üçün bizim cəmi bir saat, saat yarım vaxtımız qalırdı” deyə, rejissor bildirir.

Filmin ana xətti ata ilə oğul arasındakı güclü bağdır. “The Revenant”da 19-cu əsrin Amerikasını və ağdərililərlə yerli hindular arasındakı münasibəti görmək olur.

XS
SM
MD
LG