1-ci tip diabet qanda şəkərin daim monitorinqini tələb edir. İndi xəstələrin bəziləri evdə istehsal edilən texnologiyadan istifadə edir.
Deyna Lyuisa diabet diaqnozu uşaq ikən qoyulub. O, şəkər səviyyəsini ya çox aşağı və ya çox yuxarı olduqda tənzimləməlidir.
Lakin bu onun üçün heç də hər zaman işlək bir metod deyil.
"Mən çox dərin yatdığım üçün həyacan siqnalını eşitmirəm. Bu halda şəkər ya düşür, ya da ki qalxır. Tək yaşadığım üçün şəkərin düşməsi təhlükəli ola bilər. Siqnalı eşitmədiyim üçün koma kimi ağır nəticələr ola bilər."
Belə hallara yol verməmək üçün Lyuis digər proqram mühəndisləri ilə qlukoz monitor sisteminə daxil olub. O, alqoritm vasitəsilə özü görəcək işləri cihaza həvalə edib.
"Tibbi cihazlardan məlumat kompüterə yüklənilir. Hesabladıqdan sonra hərəkətə keçir. İnsulin nasosuna komandalar verməklə qandakı şəkəri tənzimləyə bilir."
Potensial tibbi cihazlara müdaxilə məsləhət görülmür.
Lakin Lyuis və digər şəkər xəstələri üçün şəkərin prosesdən keçirilməsi mümkün olmadığından onlar tibb təşkilatlarının yeni texnologiyaları bazara çıxarmasını gözləyir.
"Biz bu diabet layihəsinə başladıqda Dərman və Ərzaq agentliyinin təsdiqini əldə edib 1-ci tip diabet xəstələrinin əlinə keçməsi üçün 4-5 il gözləməli olduq.
Lyuis indi öz alqoritmini veb səhifəsinə yerləşdirib. Onun kodlarından hamı istifadə edə bilər. Proses açıq kodlaşdırma mənbəyi adlanır.
Bu, smartfonlara və saatlara da yerləşdirilə bilər.
Təxminlərə görə, dünyada 415 milyon insan 1-ci tip diabet xəstəsidir.