Accessibility links

Norveçdə ABŞ hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub


MV-22B Osprey təyyarəsi
MV-22B Osprey təyyarəsi

Cümə günü NATO-nun başçılığı ilə aparılan hərbi təlim zaçam Norveçin şimalında ucqar bir ərazidə qəzaya uğrayan ABŞ-ın hərbi təyyarəsində olan dörd nəfərin hamısı həlak olub. Bu barədə şənbə günü yerli polis məlumat verib.

“Polisdə olan məlumata görə, onların dördü də Amerika vətəndaşıdır,” polis bildirib. Baş nazir Conas Qahr Stoere dörd amerikalının ölümü səbəbilə başsağlığını bildirən tvit paylaşıb.

ABŞ-ın Dəniz Piyadaları Korpusuna məxsus MV-22B Osprey təyyarəsi Soyuq Cavab adlı təlimdə iştirak edirdi.

Xilasetmə xidməti qəzanın baş verdiyi yerdə quru yolla şənbə günü çatıb, çünki helikopterlər pis hava şəraiti ilə əraziyə enə bilməyib. Yerli hava proqnozuna əsasən, orada güclü külək əsir, güclü yağışlar yağır və uçqun təhlükəsi var idi.

“Polis qəzanın baş verdiyi yerə Qrinviç vaxtı ilə saat təxminən 00:30-da çatıb. Təəssüf ki, onlar təyyarədəki dörd nəfərin hamısının öldüyünü təsdiqləyib,” Nordland polisinin əməliyyat rəhbəri İvar Bo Nilsson deyib.

Polis hava şəraiti səbəbilə qəzanın səbəblərini araşdırmağa fasilə verib. İşlərin hava düzələndən sonra davam edəcəyi gözlənilir.

NATO ölkələrini Norveçin müdafiəsinə hazırlamaq məqsədi daşıyan Soyuq Cavab təlimində 27 ölkədən 30 minə yaxın qoşun iştirak edir.

XS
SM
MD
LG