Accessibility links

Dilann Ruf psixoloji problemlərinin olmadığını deyir


Çərşənbə günü Cənubi Karolinanın Çarlston şəhərində yerləşən bir kilsədə doqquz nəfəri öldürdüyünə görə məhkum olunan Dilan Ruf münsiflər məhkəməsinə etdiklərinə görə peşman olmadığını deyib.

Ağdərili irqçi məhkəmənin hökm oxunma mərhələsində özü-özünün vəkili olmağa qərar verdiyini bildirib, çünki vəkillərinin məhkəməyə onun əqli sağlamlığı ilə bağlı heç bir sübut təqdim etməsini istəmir. O, psixoloji baxımdan heç bir probleminin olmadığını təkid edir.

Münsiflər məhkəməsi yekdilliliklə Rufu 2015-ci ilin iyun ayında kilsədə 9 qaradərilini öldürdüyünə görə, nifrət cinayəti də daxil olmaqla, bir neçə cinayətə görə günahkar bilib.

Prokurorlar Rufun Afro-Amerikan Emanuel AME Kilsəsinə hücumunun əvvəlcədən düşünülmüş olduğu üçün ölüm cəzası tələb edirlər.

XS
SM
MD
LG