Accessibility links

Braziliya prezidentinin vəzifədən kənarlaşdırılması Senatda səsə qoyulacaq


Braziliya prezidenti Dilma Russefin məhkəməsində vəkillər son çıxışlarını edib. Senat fəaliyyətinə qadağa qoyulmuş prezidentin vəzifəsinə davam edib- etməyəcəyini səsə qoyacaq.

Russefin dövlət bankındakı pulları qeyri-qanuni olaraq 2014-cü ildə prezident seçkilərində öz populyarlığını artırmaq üçün istifadə etməsi dövlət büdcəsində defisitə səbəb olmuşdu.

Prezident bazar ertəsi günü məhkəmədə etdiklərini qeyri-qanuni olduğunu inkar edib. O, rəqiblərini məhkəmə işindən istifadə edərək onu hakimiyyətdən devirmək və Brazilyada demokratiyaya xələl gətirmək istədiklərini deyib.

Lakin ittihamçılar Russefin korrupsiyada əli olduğunu və bunun Brazilyanın iqtisadiyyatında son bir neçə ildə yaranan problemlərə birbaşa səbəb bildirir.

Onun impiçmentinin daimi olmasına 81 senatordan 54-ü səs verməlidir.

Yerli mediya xəbər verir ki, azı 52 senator deyib ki, onlar Rousseffin vəzifəsindən uzaqlaşdırılmasına səs verəcək. 18 senator isə impiçmenti dəstəkləməyəcəyini və 11-i isə qərarsız olduğunu deyib.

Əgər Russef vəzifəsindən uzaqlaşdırılsa, ölkəyə vitse-prezident Maykl Temer rəhbərlik edəcək.

XS
SM
MD
LG