Accessibility links

Braziliya prezidenti impiçment təhlükəsi altındadır


Dilma Russef maliyyə məsuliyyəti qanunlarını pozmaqda ittiham olunur

Braziliyanın ən böyük siyasi partiyası prezdeint Dilma Russefin hakim İşçilər Partiyası ilə ittifaqına son qoyub. Bu, onsuz da çətin vəziyyətdə olan lideri vəzifəsindən uzaqlaşdırılmağa daha bir addım yaxınlaşdıracaq.

Çərşənbə günü Braziliyanın Demokratik Hərəkat Partiyası bildirib ki, partiyaya üzv 6 nazir və 600 federal hökümət işçisi vəzifələrindən istefa verəcək.

Braziliya Konqresinin aşağı palatası Russefə qarşı impiçment prosesinə start verib. O, dövlət hesablarında dəyişiklik edərək ölkənin maliyyə məsuliyyəti qanunlarını pozmaqda ititham olunur.

2014-cü ildə keçirilən prezident seçkilərində Russefə məğlub olan senator Aesio Neves Demokratik Hərəkat Partiyasının alyansdan ayrılmasının prezidentin hakimiyyətinə son zərbə olduğunu deyib.

İmpiç olunsa, Russef Senatda istintaq getdiyi müddət ərzində vəzifəsindən uzaqlaşdırılacaq. Onu Demokratik Hərəkat Partiyasını təmsil edən vitse-prezident Maykl Temer əvəz edəcək.

Səsvermənin aprel ayında keçirləcəyi gözlənilir.

Russefin hakimiyyəti dövründə həmçinin Braziliyada ən ağır iqtisadi böhran yaşanıb və 4000-ə yaxın körpənin mikrosefaliya xəstəliyi ilə doğulmasına səbəb olan Zika epidemiyası yayılıb.

XS
SM
MD
LG