Accessibility links

Amerikalıların 53 faizi dini həyatlarında vacib hesab edir


Pew Araşdırmalar Mərkəzinin son hesabatında belə deyilir

Pew Araşdırmalar Mərkəzinin açıqladığı son hesabata görə, amerikalıların 53 faizi, yəni yarıdan çoxu dini həyatlarında vacib hesab edir. Baxmayaraq ki, 2007-ci ildə bu göstərici 56 faiz idi.

Amerikalılar dünya boyu insanlarla müqayisədə dinin vacibliyi məsələsində orta səviyədə yer alır.

Amerikalıların dinin çox vacib olduğunu iddia edən təbəqəsi qlobal səviyyədə digər bir sorğunun nəticələri ilə eynidir.

Bu ölçüləri nəzərə alsaq görərik ki, Afrika, Yaxın Şərq və Asiya ölkələri ilə müqayisədə amerikalılar həyatlarında dinə daha az maraq göstərir. Məsələn, efiopiyalıların 98, seneqallıların 97, indoneziyalıların 95 faizi deyir ki, din olduqca mühümdür.

Nigeriyalıların 88, filippinlilərin 87, hindistanlıların isə 80 faizi bu fikri bölüşür.

Dinin həyatda vacib olduğunu düşünən ölkələr fərqli təriqtələrə xidmət göstərir. Bunlara əsasən xristianların üstünlük təşkil etdiyi Filippindən başlayaraq, əksəriyyəti müsəlman olan İndoneziya, hindu təriqətinə xidmət edən Hindistan və hətta təriqət fərqliliyinin zəngin olduğu Nigeriya da daxildir.

Amma din amerikalılar üçün daha çox vacibdir nəinki, güclü iqtisadiyyata malik digər Qərb və Avropa ölkələrinin sakinləri üçün.

Ümumilikdə daha zəngin ölkələrin insanları dinə daha yoxsul ölkələrin insanlarından az meyil göstərir. Ən zəngin ölkə hesab edilən ABŞ istisnadır.

Amerika ilə müqayisədə Avstraliyada insanların cəmi 18, Almaniyada 21, Kanadada 27 faizi dinin onların həyatında vacib olduğunu düşündüklərini deyir.

Avropanın böyük hissəsi kimi ABŞ-da da dinə xidmət etmədiklərini deyənlərin sayı artmaqda davam edir. Dinin onların həyatında o qədər də vacib olmadığını və ya tamamilə vacib olmadığını düşünənlər arasında keçirilən sorğuda da ABŞ dünyada orta mövqedədir. Belə ki, amerikalıların beşdə biri, yəni 22 faizi dünya ilə müqayisədə dinin onların həyatında vacib və ya çox vacib olmadığını düşünür.

Afrika, Asiya və Yaxın Şərqin 14 ölkəsində keçirilən sorğular göstərib ki, cox az sayda adam, demək olar ki, heç kim dinin vacib olmadığını düşünmür. Fransada 61, Yaponiyada 58, Avstraliyada 56 faiz insan dinin onların həyatında o qədər də mühüm və ya heç mühüm olmadığını düşünən ölkələr arasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG