Accessibility links

İlahiyyatçının məhkəməsi başlayıb


Sərdar Babayev
Sərdar Babayev

Dünən Masallı rayon Məhkəməsində Cinayət Məcəlləsinin 168-1.3-cü (dini mərasimlərin idarə edilməsi tələblərinin pozulması) maddəsi ilə ittiham olunan ilahiyyatçı Sərdar Babayevin işi üzrə proses başlayıb.

Babayev bildirib ki, ittihamın mahiyyəti ona aydın deyil. Qanunlar Avropa standartlarına əsaslanırsa, Avropanın bütün qabaqcıl ölkələrində, Amerikada cümə günləri cümə namazları qılınır, deyə o bildirib.

"Bir çox yerlərdə namazları mənim də məzunu olduğum beynəlxalq universitetin məzunları qıldırır", deyən Babayev xaricdə təhsil aldığı üçün cümə namazlarını qıldıra bilməyəcəyi haqqında ittihamın əsassız olduğunu vurğulayıb.

Babayev qeyd edib ki, o, xaricdə ali məktəbi 2000-ci ildə bitirib, yuxarıda qeyd edilən məhdudiyyət isə 2015-ci ildə tətbiq edilib. "Qanunun geriyə təsiri yoxdur", deyə o xatırladıb.

Vəkil Cavad Cavadov prosesdə audio və videoçəkiliş aparılması, Babayevin müdafiəçilərinin yanında oturmasına icazə verilməsi haqqında vəsatət qaldırıb.

Dövlət ittihamçısı etiraz etməyib.

Hakim Anar Alməmmədov vəsatətləri növbəti iclasa qədər baxılmamış saxlayıb.

Digər vəsatətlər qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, işin ibtidai istintaqa qaytarılması ilə bağlı olub.

Prokuror vəsatətlərə etiraz edib və hakim onları təmin etməyib.

Növbəti iclas mayın 25-də keçiriləcək.

Babayevin işi üzrə proseslə əlaqədar yüzə yaxın dindar məhkəmə binasının qarşısına gəlib.

Amma polis onların toplaşmasına imkan verməyib və onları dağıdıb.

Bir neçə nəfər saxlanılıb. "İslamın səsi" saytının baş redaktorunun diktafonu və kamerası əlindən alınıb, səs və görüntülər silindikdən sonra geri qaytarılıb.

XS
SM
MD
LG