Accessibility links

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ABŞ-da səfərdə olacaq


Allahşükür Paşazadə və Mübariz Qurbanlı
Allahşükür Paşazadə və Mübariz Qurbanlı

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika Yəhudi Komitəsinin dəvəti ilə mayın 13-dən 19-dək ABŞ-da səfərdə olacaq.

Komitənin mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski, eləcə də DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti Kaliforniya ştatının Los-Anceles və San-Fransisko şəhərlərində olacaq, dini müxtəliflik, dini tolerantlıq mühiti, birgəyaşayış modeli, eləcə də multikultural dəyərlərə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Eyni zamanda, Kaliforniya Senatında senator Jerry Hill ilə, Los-Anceles arxiyepiskopu Jose Gomezlə, ABŞ-ın ən böyük yəhudi lobbi təşkilatı olan AIPAC-da, Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuperlə görüşlər keçirəcək.

San-Fransisko şəhərində Amerika Yəhudi Komitəsinin təşkilatçılığı ilə “Commonwealth Club”da Azərbaycanda dini müxtəlifliyin təbliğinə həsr olunmuş “Münaqişəsiz dinlərarası harmoniya: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçiriləcək.

Səfər zamanı Los-Ancelesin böyük yəhudi dini mərkəzlərindən olan Sinay sinaqoqunda Azərbaycanda mövcud dini müxtəliflik və nümunəvi tolerantlıq mühitindən bəhs edən tədbir keçiriləcək.

XS
SM
MD
LG