ABŞ Dövlət Departamenti dünyada dini etiqad azadlığının vəziyyətinə dair illik hesabatını dərc edib. Azərbaycana həsr olunmuş bölmədə deyilir ki, ölkə Konstitusiyası dini etiqad azadlığını nəzərdə tutsa da, digər qanunlar və hakimiyyətin siyasəti praktikada bunu məhdudlaşdırır.
Dini qrupların əksəriyyəti dövlətin müdaxiləsi olmadan fəaliyyət göstərir, lakin hakimiyyət bəzi ibadət yerlərində monitorinqlər keçirir, dini materialları müsadirə edir, həmçinin müsəlman və xristian konfessiyalarının bəzi üzvlərini təqib edir, saxlayır. Hökumət həmin qrupların bəzisini “qeyri-ənənəvi” hesab edir.
Həmçinin dini qrupların qeydiyyatı məsələsində məhdudiyyət var. Ötən il ərzində qanunverici məhdudiyyətlər artıb və demək olar ki, dini azadlıq hüququnun müdafiəsi üzrə yaxşılaşma baş vermir.
Dini mənsubiyyətinə və əqidəsinə görə sosial sui-istifadələr, ayrı-seçkiliklər barədə məlumatlar var.
ABŞ hökuməti dini azadlığın təşviqi və qorunması üzrə ümumi siyasəti çərçivəsində müxtəlif QHT və dini liderlərlə dini etiqad azadlığı məsələsini müzakirə edib.
Azərbaycan əhalisinin 96%-nə qədərini müsəlmanlar təşkil edir. Qalanını Rus pravoslav kilsəsinin və digər xristian qruplarının pravoslavları, yəhudilər təşkil edir. Müsəlmanların 65%-ni şiələr, 35%-ni sünnülər təşkil edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din sahəsində dövlət siyasətini həyata keçirir və dini təşkilatlarla əməkdaşlıq edir.
Xristianlar əsasən Bakıda və digər şəhərlərdə cəmləşib. Bakıda və ölkə üzrə kiçik yaşayış məntəqələrində 20000-ə yaxın yəhudi yaşayır.
Ölkədə 100 ildən çox mövcud olan kiçik dini qruplar da var: lüteranlar, katoliklər, baptistlər, molokanlar, yeddinci günün adventistləri və bəhailər.
Dini azadlıq haqqında qanun hökumətin istənilən şəxsin və ya qrupun dini fəaliyyətinə müdaxiləsini qadağan edir; lakin dini təşkilat irqi, milli, dini və ya sosial düşmənçiliyə xidmət edərsə, onun fəaliyyəti insan ləyaqətini alçaldarsa və humanizm prinsiplərinə zidd olarsa, qanun onun bağlanmasına icazə verir.
Qeydiyyat prosesi hökumətin arzuolunmayan dini qruplara qarşı əsas alətidir. Bu ona gətirib çıxarır ki, belə qruplar gizli iş şəraitinə keçir, onların məhkəmələrə şikayətləri isə təmin olunmamış qalır.
Qeydiyyata alınmış müsəlman təşkilatları Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tabeliyindədir. Qurum məscidlərdə, islam təhsil müəssisələrində müsəlman ruhaniləri təyin edir, ibadətlərə nəzarət edir, həmçinin hər il Məkkəyə Həcc ziyarəti təşkil edir.
2011-ci ilin iyulunda Milli Məclis dini etiqad azadlığı haqqında qanuna 19 düzəlişi qəbul edib. Düzəlişlər hakimiyyətin dini təşkilatlar üzərində nəzarətini möhkəmləndirib.
Dekabrın 12 və 13-də prezident Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə düzəlişləri təsdiqləyib. Düzəlişlərə əsasən dini ədəbiyyatın (QMİ-də təsdiqlənməmiş) qanunsuz istehsalı, yayılması və idxalına görə cəza sərtləşdirilib.
Dini etiqad azadlığı haqqında qanun xaricilərə dini təbliğatı qadağan edir, islam dini ayin və mərasimləri isə Azərbaycanda və ya xaricdə təhsil almış (hökumətin təqdiri ilə) şəxs tərəfindən həyata keçirilə bilər.
Qanuna görə, siyasi partiyalar dini fəaliyyətdə iştirak edə bilməz. Dini liderlər eyni zamanda dövlət qulluğunda çalışa bilməz. Dini obyektlərdən siyasi məqsədlərlə istifadə oluna bilməz. Konstitusiya hərbi münaqişələr əqidəyə zidd olduğu halda alternativ xidməti nəzərdə tutur. Lakin alternativ xidmətin reallaşmasına və hərbi xidmətdən imtinaya imkan verən qanun yoxdur.
Hökumət dini Qurban və Ramazan bayramlarını milli bayramlar kimi qəbul edir.
Təhsil haqqında qanunda ibtidai və orta məktəblərdə qızların hicab taxmasına qadağa yoxdur. Lakin təhsil nazirinin bunu qadağan edən əmri var. Mayın 6-da nazirin əmri ilə əlaqədar Təhsil Nazirliyinin qarşısında dindarların kütləvi etiraz aksiyası keçirilib. Aksiya polis gücü ilə dağıdılıb, onlarla adam saxlanılıb.
Vaxtaşırı dini ayin və bayramlar zamanı hakimiyyətlə dindarlar arasında qarşıdurma yaranır. Məsələn, dekabrda Gəncədə polis şiələrdən Aşura gününün qeyd olunmamasını tələb edib.
Namaz qıldıqlarına görə ordunun üç zabitinin vəzifəsinin kiçildilməsi halları baş verib.
Hakimiyyət məscidləri, ibadət yerlərini bağlamaq yolu ilə “qeyri-ənənəvi” müsəlman icmalarının fəaliyyətini məhdudlaşdırır.
Zaqatalada və digər yerlərdə dindarların saqqallarının zorla qırxılması barədə məlumatlar daxil olub. Oktyabrın 31-də hakimiyyət dörd baptisti beş gün müddətinə həbs edib. Buna onların öz evlərində məhsul bayramını qeyd etməsi səbəb olub.
Dekabrın 31-də hökumət ümumilikdə 570 dini icmanı qeydiyyata alıb. Bunun 550-i islam, 20-i qeyri-islam təşkilatı olub.
Ümumilikdə, cəmiyyət xaricdən olan müsəlman missionerlərə (sələfilər, İran şiələri) mənfi yanaşır, belə ki, onlar siyasi islamın yayıcıları kimi qəbul edilir.