Accessibility links

ABŞ səfiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb


Mübariz Qurbanlı və Robert Sekuta
Mübariz Qurbanlı və Robert Sekuta

Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Bu barədə dini komitə məlumat yayıb.

M. Qurbanlı bildirib ki, Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabər hüquqlara malikdir.

“Azərbaycan tolerant və multikultural dəyərləri ilə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Eyni zamanda Azərbaycan dövləti tərəfindən dini icmalara fəaliyyət göstərmələri üçün maliyyə yardımı ayrılır”.

Səfir Azərbaycanın güclü tolerantlıq ənənələrinə malik olduğunu və hazırda narahat dünyada bunun böyük önəm daşıdığını deyrib. O bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanla münasibətlərə önəm verir və bu münasibətlərin inkişafına çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG