Accessibility links

Təhsil Nazirliyi qarşısında qarşıdurma ilə bağlı 32 dindar həbs edilib


Dindarların Təhsil Nazirliyi qarşısında etirazı
Dindarların Təhsil Nazirliyi qarşısında etirazı

Dindarlarlar məktəblərdə hicab qadağasının ləğvini tələb edir. Prezident Administrasiyasının şöbə müdiri deyib ki, dövlətin dünyəvi normalarına təcavüz ola bilməz.

Oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılan 74 nəfərdən 32-si barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, daha 14 nəfər inzibati həbslərə məruz qalıb. Daha 28 nəfərə xəbərdarlıq şəklində inzibati cəzalar verilib.

Dindarların etiraz aksiyası məktəblərdə hicab qadağasının ləğv olunması tələbi ilə keçirilib. Polisin aksiya ştirakçılarını dağıtmaq cəhdləri islamçıların müqavimətinə səbəb olub. Qarşıdurmalar zamanı polis rezin dəyənəklərdən, nümayişçilər isə çubuq və daşlardan istifadə edib. Bir neçə polis ciddi xəsarət alıb.

Bakı şəhə prokurorluğunda 223 (ictimai asayişi pozma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və güc tətbiq etmə) maddələrlə cinayət işi qaldırılıb.

Dindarların Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərməsini Trend agentliyinə şəhr edən n Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Azərbaycanda hər bir vətəndaşın dini ayinləri həyata keçirməsi dövlətin dünyəvi normalarına təcavüz, müdaxilə, dövlət orqanlarına təzyiq formasında olmamalıdır, ola da bilməz.

"Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra Təhsil Nazirliyinin qarşısında təşkil olunmuş aksiyaya birmənalı münasibət bildirəcəyik. Amma bəri başdan bəllidir ki, hakimiyyət orqanlarına, təhsil sistemində çalışan strukturlara bəzi özlərini dini təəssübkeş adlandıran qruplar təzyiq göstərmək istəyirlər. Azərbaycanda çadrada gəzmək də azaddır, digər dini ayinlərə əməl etmək də hər bir insanın özünün şəxsi işidir. İşdən, dərsdən sonra, dövlətin işlədiyi yerdəki öhdəliklərinə əməl edəndən sonra hər bir insan məscidə də gedə bilər, dini ayinləri də həyata keçirə bilər, özü ilə Allahı arasında bütün özünün məqbul hesab etdiyi ayinləri təmin edə bilər. Amma bu dövlətin dünyəvi normalarına təcavüz, müdaxilə, dövlət orqanlarına təzyiq formasında olmamalıdır, ola da bilməz", - Həsənov deyib.

PA rəsmisi deyib ki, Azərbaycanda dünyəvi sistem mövcuddur - din dövlətdən ayrıdır, dövlət dinin işlərinə, din də dövlətin işlərinə qarışmır.

"Azərbaycan dünyəvi dövlət olduğuna görə buradakı təhsil sistemi də, məmur və digər strukturların davranış normaları da qanunlarla tənzimlənir. Təhsil haqqında qanunda da göstərilir ki, məktəbli olan dövrdə hər bir məktəblinin nümunəvi forması var və bu formadan da kənara heç kəs çıxa bilməz. Ona görə də bunu bəzi radikal İslam dairələri Azərbaycan dövlətinin antiislam siyasəti kimi təqdim etməyə çalışsalar da, bunun heç bir əsası yoxdur", - Həsənov əlavə edib.

Həsənov hesab edir ki, Azərbaycandakı bütün dini icmalar bu tipli halları pisləyəcəklər, bunun arxasında duran qüvvələri lənətləyəcəklər və bundan sonra da belə hallara yol verməyəcəklər.

"Biz xarici dövlətlərdə görürük ki, İslam bayrağı altında hansı aksiyalar keçirilir, dövlət daxilində nə qədər qarışıqlıq yaradırlar, onların dövlət və mədəniyyət strukturlarına, qurumlarına təzyiqlər göstərirlər və bu təzyiqlər də sonda ona gətirib çıxarır ki, həmin dövlətlər və onların xalqının maraqlarına zərbələr dəyir. Bunun da arxasında duran insanlar ondan öz maraqları naminə istifadə edirlər", - PA-nın şöbə müdiri deyib.

Həsənovun sözlərinə görə, hazırda Azərbaycanda dini fəaliyyət və dini icmaların fəaliyyəti normalar, qanunlar əsasında tam tənzimlənir, qanunlar çərçivəsində fəaliyyət göstərən bütün dini icmaların fəaliyyəti azaddır, amma o icmalar ki, qanunları, cəmiyyətin ictimai davranış normalarını pozur, ictimai davranışa özlərinin ambisiyaları ilə müdaxilə etməyə çalışır, onlara qarşı da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən digər müvafiq qurumlar da tədbirlər görəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG