Accessibility links

Dişin öz-özünə bərpa olunmasına yardım edən dərman [Video]


Dişin öz-özünə bərpa olunmasına yardım edən dərman
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Dişin öz-özünə bərpa olunmasına yardım edən dərman

Tədqiqatçılar dişlərin öz-özlərinə bərpa olunmalarına gətirib çıxaracaq üsulu təkmilləşdirməyə yaxındırlar. Beləcə kariyes yarandıqda onu müalicə etməyə ehtiyac qalmayacaq, diş özü-özünə bərpa olunacaq.

Adətən stomatoloqlar kariyesi təmizləyib, yaranan boşluğu qətran, farfor ya da gümüş və başqa bir metalların qarışığı ilə doldururlar.

Kariyes səbəbilə zədələnən dişin öz-özünü bərpa etməsi böyük addımdır. Lakin biz yenə də diş çürüyünün qarşısının alınmasının çox mühüm olduğunu unutmamalıyıq, çünki bu, qarşısı alınan bir xəstəlikdir.
Nigel Karter

Lakin Londonda yerləşən Kral Kollecinin tədqiqatçılarının yeni yanaşmaları var. Professor Pol Şarpenin sözlərinə görə, bu sadə sistemlə diş yaranan boşluğu təbii yolla özü doldurur.

“Kiçik bir süngərə dərman tökülür və bu süngər dişin içinə, stomatoloqun açdığı boşluğa yerləşdirilir. Bu, təbii prosesə təkan verir ki, onsuz da zədədən sonra bu proses başlayır. Amma bu üsulla proses daha da tezləşir ki, dişdəki böyük boşluq bərpa olunsun. Proses zamanı təbii material, dentin yaranır,” deyə o bildirir.

“Burada proses çox gözəl göstərilir. Buradakı tünd göy rəngdəki material dentindir. Bunlar isə süngərin qalıqlarıdır,” deyə Şarpe əlavə edir.

Dentinin bərpasına təkan verən dərmanın artıq Alzaymer kimi nevroloji xəstəliklərin müalicəsində istifadəsi təsdiqlənib.

Pol Şarpe: “Biz çox daha kiçik dozalardan istifadə edirik və dərmanı sadəcə dişin içinə vururuq. Ümid edirik ki, daha öncə bu dərmandan böyük dozalarda istifadə olunduğu və təhlükəsiz olduğuna dair məlumatlar əldə edildiyi üçün, biz müvafiq səlahiyyətli orqanlara gedib, “baxın, bu dərmanın təhlükəsiz olduğu artıq yoxlanılıb, biz isə bundan bu cür istifadə edirik” deyəcəyik və ümid edirik ki, bu, bizim kliniki sınaq başladıb, bu üsulu pasientlərə tətbiq etməyimizi tezləşdirəcək.”

Ağız Sağlamlığı Fondundan Nigel Karter bu yeni proseduru diş müalicəsinə həyəcanverici alternativ adlandırır.

“Kariyes səbəbilə zədələnən dişin öz-özünü bərpa etməsi böyük addımdır. Lakin biz yenə də diş çürüyünün qarşısının alınmasının çox mühüm olduğunu unutmamalıyıq, çünki bu, qarşısı alınan bir xəstəlikdir,” o deyir.

Amma hələ ki, stomatoloqların bir tək məsləhəti var: o da, dişlərinizi mütəmadi olaraq fırçalamağa davam edin.

XS
SM
MD
LG