Accessibility links

Beynəlxalq Qırmızı Xaç Komitəsininin Ukraynada fəaliyyəti ilə bağlı dezinformasiya kampaniyası münaqişə qurbanlarına zərər vurur


Beynəlxalq Qırmızı Xaç Komitəsi təşkilatınUkraynada humanitar fəaliyyətini gözdən salmaq üçün sosial mediada dezinformasiya və yalan məlumatlar kampaniyası aparıldığını bildirib.

İsveçrədə yerləşən təşkilat Ukraynada humanitar böhranın dərinləşdiyi barədə xəbərdarlıq edib. Təşkilat Rusiyanın fevralın 24-də ölkəyə qarşı hərbi təcavüzə başlamasından sonra dinc əhalinin qarşılaşdığı ölüm, dağıntı və iztirabların səviyyəsinin "iyrənc və qəbuledilməz" olduğunu bildirib.

Mariupol liman şəhərinin amansız bombalanması mülki evləri və infrastrukturu dağıdıb, on minlərlə insanı məcburi köçkün edərək, onların yemək, sud və tibbi yardımdan məhrum edilməsinə səbəb olub.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin sözçüsü Yuen Vatson Mariupol və digər cəbhə bölgələrində mülki əhalinin onların təhlükəsiz şəkildə yerləri tərk etmələrinə imkan verəcək bir razılaşma olmadığı halda qaçmaq üçün həyat və ölümək kimi qərarı vermək məcburiyyətində qaldıqlarını deyib.

Onun sözlərinə görə, dezinformasiya və yalan məlumatların artması Beynəlxalq Qırmızı Xaç Komitəsinin insanları qorunmaq və münaqişə nəticəsində mühasirədə qalan insanlara humanitar yardımı paylamaq səylərini təhlükə altına qoyur.

“Biz Beynəlxalq Qırmızı Xaç Komitəsini gözdən salmaq üçün yalan hekayələr və dezinformasiyadan istifadə edərək, qəsdən hədəflənmiş hücumları görürük. Bu, komandalarımıza və yerlərdə işləyən Qırmızı Xaç, Qızıl Aypara hərəkatının tərəfdaşlarına, xidmət etdiyimiz insanlara real zərər vura bilər" - deyə, Vatson bildirib.

Vatson sosial media şəbəkələri vasitəsilə Beynəlxalq Qırmızı Xaç Komitəsini hədəf alan böyük dezinformasiya və yalan axınının təşkil edildiyini deyib.

Vatson komitənin qərəzsizlik və neytrallıq əsasında fəaliyyət göstərdiyini bildirib. O, müharibə edən tərəflərdən mülki əhalinin müdafiəsi və hərbi əməliyyatların yalnız hərbi məqsədlərlə məhdudlaşdırılması ilə bağlı Beynəlxalq Humanitar Hüquq üzrə öhdəliklərini yerinə yetirmələrini gözlədiyini deyib.

XS
SM
MD
LG