ABŞ prezidentinin “divanə şəxs” nəzəriyyəsi onun tərəfdarlrının Şimali Koreyanın nüvə təhlükəsi riskinin artdığına dair əks-sədası ilə qarşılanıb. Lakin tənqidçilər bunun effektiv müzakirə stretegiyası üzrə xarici siyasət komandasında çaşqınlıq yaradığını deyir.
“Divanə şəxs” nəzəriyyəsi Amerikanın sabiq prezidenti Riçard Niksonla bağlı işlədilirdi. Vyetnam müharibəsinin başa çatdırılmasına dair müzakirələrin əlverişli şəraitdə keçirilməsi əvəzinə Nikson özünü divanə və təhlükəli bir şəx kimi qələmə verməyə çalışırdı.
O, hətta 1969-cu ildə nüvə hücumu üçün Strategy Hava Komandanlığının hazırlıq səviyyəsini qaldırmışdı.
Bu yolla o, Sovet İttifaqına müharibəyə son qoymaq üçün təzyiq göstərmək istəyirdi.
Nikson strategiyasının effektivliyi hələ də debatlar mövzusudur. Belə ki, 1973-cü ilədək atəşkəs əldə edilmədi və Kommunistlər 1975-ci ildə bütöv Vyetnama sahib çıxdı.
Prezident Trampın Şimali Korea ilə bunabənzər mövqeyi o ölkəni nüvə ambisiyalarından çəkindirmək mahiyyəti daşıyır. Təhlilçilər deyir ki, Trampın tvitləri onun adminitsrasiyasının Şimali Koreya ilə mümkün hərbi münaqişə variantını aradan qaldırmaq səylərinə ziddir.
Belə ki, ABŞ prezidenti dövlət katibi Reks Tillersonun Şimali Koreya lideri ilə müzakirələr keçirilməsi səylərini boşa sərf edilmiş vaxt adlandırıb.
Donald Tramp Twitter hesabında yazıb ki, Reks, enerjini əbəs yerə sərf etmə, biz nə lazımsa onu edəcəyik.
ABŞ Şimali Koreya ilə birbaşa kommunikasiya kanalı açıb və Kim Çen In rejiminin nüvə silahları iddiasından geri çəkilmələri ilə bağlı müzakirələrdə maraqlı olub-olmadıqlarını araşdırır.
Bu sözləri Çində səfərdə olarkən ABŞ Dövlət Katibi Reks Tillerson deyib. Dövlət Katibinin Pekinə səfərinin əsas məqsədi Çinin Koreya Xalq Demokratik Respublikasına qarşı “maksimum təzyiq” kampaniyasında əməkdaşlıq etməsidir.
Koreya yarımadasında gərginliyin artdığı bir zamanda Tillerson Çin prezidenti Şi Tsinpinq ilə Şimali Koreyanın nüvə proqramı müzakirə etməklə yanaşı, noyabr ayında ölkəyə prezident kimi ilk dəfə gələcək Donald Trampın səfərinə hazırlıq işləri ilə məşğul olub.
ABŞ Çin rəsmiləri ilə Şimali Koreyanın kömür, dəmir, qurğuşun və dəniz məhsullarının idxalının azaldılması ilə yaxın məsləhətləşmələr aparır.
Tam icra edildiyi halda bu ixtisarlar Şimali Koreyanın gəlirlərini əhəmiyyətli şəkildə azaldacaq. Dövlət Departamentinin verdiyi məlumata görə, Şimali Koreya 2016-cı ildə Çindən ixrac olunan məhsullardan 1.5 milyard dollar qazanıb.
Çin Şimali Koreyanın bir nömrəli ticarət tərəfdaşıdır. Vaşinqton deyir ki, sanskiyalar təşəbbüsünə Çinin də qoşulması Pxenyanın ağır valyuta qazanmaq imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.