2013-cü ildə Azərbaycanda dövlətə məxsus özəlləşdirilən obyektlərdən dövlət büdcəsinə 52,9 min manat dividend daxil olub. 2010-cu ildən dividendlər azalmaqda davam edir.
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatına görə, ötən il dividendlər üzrə mədaxil 10% azalıb. 2010-cu ildə səhmdar cəmiyyətlərin dövlətə məxsus səhmlərinə görə dividendlərdən daxilolmalar 106,8 min manat olub.
Dövlət müəssisələrinin səhmlərinin özəlləşdirilməsi 1998-ci ildən başlayıb, dividendlər 2010-cu ildən daxil olur. O vaxtdan ümumi dividend həcmi 1,2 mln manat təşkil edib.
ƏMDK xətti ilə dövlət müəssisələrinin bazasında 1599 səhmdar cəmiyyət (SC), o cümlədən 2013-cü ildə 5 SC yaradılıb.
ƏMDK-nin hesabatına əsasən, 2013-cü ildə dövlət 300 SC-də səhm payına (20-45%) malik olub. Pul hərraclarında 41, ixtisaslaşdırılmış pul hərraclarında 5, investisiya müsabiqələrində 3 SC-nin səhmləri satılıb.
Turan agentliyinin məlumatına görə dövlətin paya malik olduğu SC-lərin çoxu işləmir. Bunların 99%-i Bakıdan kənardadır.