Accessibility links

Dmitri Medvedev Braziliya liderinin səfərini İran üçün "son şans" hesab edir


Rusiya prezidenti bu bəyanatı səfərdə olan Braziliya prezidenti Luiz İnasio Lula de Silva ilə birgə mətbuat konfransında verib

Rusiya prezidenti Dmitri Medvedev deyir ki, Braziliya prezidentinin İrana qarşıdan gələn səfəri Tehran üçün öz nüvə proqramı ilə bağlı qərar etməsinə son şans ola bilər. Əks təqdirdə İran BMT-nin yeni sanksiyaları ilə üzləşəcək. Cənab Medvedev bu bəyanatı səfərdə olan Braziliya prezidenti Luiz İnasio Lula de Silva ilə birgə mətbuat konfransında verib. Rusiya prezidentinin ifadəsi ABŞ Dövlət Departamenti rəsmisinin cənab da Silvanın səfərinin “son şans” olması haqda dedikləri ilə üst-üstə düşür. Prezident da Silva bildirib ki, o, İrana razılıq əldə etmək ümidi ilə yollanır.

XS
SM
MD
LG