Accessibility links

Dəməşqdə bomba partlayışları 27 nəfərin ölümünə səbəb olub(YENİLƏNİB)


Suriya paytaxtı Dəməşqdə maşına yerləşidirilmiş bomba partlayışları nəticəsində 27 nəfər həlak olub.

Suriya mətbuatının verdiyi məlumata görə, partlayışlar təxminən 140 nəfərin xəsarıt alması ilə nəticələnib. Bombalar təhlükəsizlik polisinin yerləşdiyi bina və kəşfiyyat mərkəzi yaxınlığına aralarında bir neçə dəqiqə fasilə olmaqla partlayıb.

Hələlik partlayışlara görı məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin Suriya rəsmiləri prezident Bəşar Əl-Əsədə qarşı bir ildir davam edən nümayişlərlə əlaqəsi olan “terrorçular” tərəfindən törədildiyini bildirir.

Partlayışlar BMT ekspertlərinin beynəlxalq müşahidəçilərin ölkədə yerləşdirməsi məsələsini rəsmilərlə müzakirə etmək üçün Suriyaya səfərindən bir gün öncə baş verir. Müşahidəçilərin yerləşdirilməsi Suriya hökumətinin dissidentlərə qarşı təqiblər nəticəsində ölkədə baş verən qanlı zorakılıqların dayandırılması səylərinin bir hissəsi olaraq təklif edilib.

XS
SM
MD
LG