Accessibility links

Suriya Milli Şurası Türkiyənin müxalifətin silahlandırmasına dəstəyini qazanmağa çalışır


Rəsmi Ankara Suriya təhlükəsizlik qüvvələrilə döyüşən Suriya Azadlıq Ordusuna silah yardımı etmək üçün Suriya Milli Şurasının ofis yaratmaq haqda təklifini şərh etməyib. Rəsmi Ankara Suriya təhlükəsizlik qüvvələrilə döyüşən Suriya Azadlıq Ordusuna silah yardımı etmək üçün Suriya Milli Şurasının ofis yaratmaq haqda təklifini şərh etməyib.

Suriya Milli Şurası müxalifətə silah çatıdırılması üçün bir qurum yaradılmasını təklif edib. Bu, Suriya müxalifətinə güclü dəstək verən, lakin onun silahlandırılması məsələsində geri çəkilmiş rəsmi Ankara qarşısında dilemma yaradır.

Rəsmi Ankara Suriya təhlükəsizlik qüvvələrilə döyüşən Suriya Azadlıq Ordusuna silah yardımı etmək üçün Suriya Milli Şurasının ofis yaratmaq haqda təklifini şərh etməyib. Müxalif qruplardan təşkil edilmiş Suriya Milli Şurası ofisin Türkiyədə yaradılmasının mümkünlüyünü qeyd edib.

Lakin tərəflər keçən həftənin cümə günü Suriya Milli Şurasının rəhbərliyi və Türkiyənin xarici işlər naziri arasında keçirilən görüşdə məsələnin müzakirə edildiyini inkar edərək, danışıqların bu ayın sonu İstanbulda keçiriləcək “Suriyanın Dostları” adlanan beynəlxalq qrupun toplantısına hazırlıqlar ətrafında aparıldığını bildirib. “Suriyanın Dostları” Suriya müxalifətinə dəstək verən Ərəb və Qərb ölkələrinin yaratdığı qrupdur.

Ankara müxalifətə qarşı təqiblərə son qoymaq üçün Dəməşqə təzyiq göstərməyə davam edir.

Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu italiyalı həmkarı ilə birgə mətbuat konfrasında Suriya hökumətini tənqid atəşinə tutmuşdur.

Türkiyə Suriyada təqiblərdən qaçan təxminən 10 min insana sığınacaq verdiyini bildirir. Suriya ordusunun Türkiyə ilə sərhəddə yaxın bölgədə yerləşən müqavimət mərkəzlərinə doğru hərəkət etməsilə qaçqınların sayının artacağı gözlənilir.

Ankara həmçinin müxalif Suriya Milli Şurası və Suriya Azadlıq Ordusunun üzvlərinin ölkədə yerləşməsinə icazə verib.

“Milliyyet” qəzetində diplomatiya məsələləri haqda yazılar yazan müxbir Semih İdiz deyir ki, Suriya Milli Şurasının müxalifəti silahlandırmağa dair açıq çağırışı Ankaranı narahat edir.

Semih İdiz: “Bu, Türkiyəni çətin vəziyyətdə qoyur. Bu, əvvəllki mövqelərlə təzad təşkil edir. Buraya, başqa ölkələrin daxili işlərinə müdaxilə etməmək daxildir. Bir ölkə ilə silah məsələsi kimi ağır oyuna girmək Türkiyəyə başqa yollarla təsirini göstərə bilər.”

Ankara qonşu ölkədə müxalifətin silahlandırılmasına yardım göstərsə, Dəməşqin buna cavab olaraq PKK-ya dəstək verə bilməsindən ehtiyat edir. 1984-ci ildən Türkiyədə silahlı mübarizə aparan PKK-ın Suriyada yaşayan kürdlər arasında çox sayda üzvü var.

Lakin İstanbulda Kadir Has universitetində beynəlxalq məsələlər üzrə ekspert Soli Özel deyir ki, Suriya hökumətinin təqibləri gücləndirməsi Ankaranın manevr edə bulməsi üçün imkanları getdikcə daha çox məhdudlaşdırır. SOLI OZEL: “Türkiyə çətin vəziyyətə düşüb. Öz gücü və nüfuzu olduğunu bəyan etdi. Türkiyədən əslində etmək istəmədiyi işlərin görülməsi istənildi. Tamamilə aydındır ki, Türkiyə beynəlxalq legitimlik istəyir və bunu BMT Təhlükəsizlik Şurasından ala bilmir.”

Müşahidəçilər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çinin hər hansı bir addıma qarşı çıxacağını qabaqcadan söyləyərək, şuradan dəstək gözləmədiklərini deyir. Keçən ay hər iki ölkə Suriya ilə bağlı qətnaməyə veto qoymuşdu.

Rəsmi Ankara Suriya müxalifətinə hərbi yardım etdiyi, ya da bunun üçün şərait yaratdığı ilə bağlı irəli sürülmüş fərziyyələri rədd edir. Müşahidəçilər, Suriyada dərinləşən böhranla bağlı Türkiyədə narahatlıqların mövcudluğunu qeyd edir. Dəməşq müxaliflərini susdurmağa davam etdikcə bu narahatlıqlara real əsas var.

XS
SM
MD
LG