Accessibility links

Dəməşqdə iki bomba hücumu nəticəsində 44 adam həlak olub


Dəməşqdə iki bomba hücumu nəticəsində 44 adam həlak olub
Dəməşqdə iki bomba hücumu nəticəsində 44 adam həlak olub

Suriyanın paytaxtı Dəməşqdə iki bomba hücumu nəticəsində 44 adam həlak olub, 150 nəfər yaralanıb.

Dövlət televiziyasının məlumatında bildirilib ki, maşınlara yerləşdirilmiş bombalar təhlükəsizlik obyektləri yaxınlığında işə salınıb.SANA agentliyi hücumu terror aktı adlandırıb. Xəbərlərdə həmçinin bildirilib ki, suriyalılar Dəməşq və digər şəhərlərdə hücumlara etiraz olaraq aksiyalar keçirib. Suriya rəsmiləri hücumlara görə Əl-Qaidəni günahlandırır.

Hadisə Ərəb Liqasının nümayəndə heyətinin ölkəyə səfəri zamanı baş verib. Hümayəndələrdən bəzisi hadisə yerində olub.

Suriya fəallarının bildirdiyinə görə, təhlükəsizlik qüvvələri tərəfindən bu gün 14 nümayişçi öldürülüb.

XS
SM
MD
LG