Accessibility links

Suriya nümayəndəsi Ərəb Liqasının rəhbərini tənqid edib


Suriya nümayəndəsi Ərəb Liqasının rəhbərini tənqid edib
Suriya nümayəndəsi Ərəb Liqasının rəhbərini tənqid edib

Suriyanın Ərəb Liqasındakı nümayəndəsi deyib ki, qrupun rəhbərinin Suriya barədə şərhləri təşkilatın ölkədəki böhrana yönəlik qərəzli mövqedə dayandığını göstərir.

Suriyanın dövlət nəzarətində olan SANA xəbər agentliyi Yusif Əhmədin tənqidlərini işıqlandıraraq bildirib ki, Suriya xalqının əksəriyyəti xarici müdaxilənin əleyhinədir.

Bazar günü Qətər baş naziri Seyx Həməd bin Cassim Əl-Tani Suriyanı ölkədə hökumət əleyhdarı nümayişçilərə qarşı zorakılıqlara son qoymağa çağırmışdı.

Dünən Ərəb Liqasının xarici işlər nazirləri Qahirədə görüş keçirib, qurumun Suriyadakı nümayəndə heyətinin monitorinq səylərinin gücləndirilməsi barədə razılıq əldə edib. Toplantıya Qətərin xarici işlər naziri Şeyx Həməd Cəssim Əl-Tani başçılıq edib. Misir paytaxtında toplaşan nazirlər komandanın texniklər və təlimçilərlə təmin edilməsində razılaşıb.

Suriyanın müxalifət fəalları isə müşahidəşçiləri tənqid edərək, onların prezident Bəşar Əl-Əsədin xalqa divan tutmasına mane olmadığını deyir.

XS
SM
MD
LG