Filippin gəmisi ilə toqquşmada itkin düşən ABŞ dənizçilərinin cəsədləri gəminin su basmış bölmələrindən tapılıb.
Bu barədə ABŞ 7-ci hərbi dəniz donanmasının komandanlığı açıqlama verib.
Amma cəsədlərin sayı barədə məlumat verilmir. Dənizdə axtarış dayandırılıb.
Toqquşma nəticəsində 7 dənizçinin itkin düşdüyü bildirilirdi.
Yaponiya mətbuatı isə artıq bütün cəsədlərin tapıldığını bildirir.
Qeyd edək ki, şənbə gününə keçən gecə baş verən toqquşma nəticəsində ABŞ-ın raket gəmisinə ciddi ziyan dəyib və gəmi buna görə bata bilərdi.
Komandanlıq bildirir ki, gəmi heyət üzvlərinin səyi nəticəsində limana yan ala bilib.
Gəminin təmiri bir neçə ay vaxt aparacaq.
Filippinin konteyner daşıyan gəmisi ABŞ gəmisindən təxminən 3 dəfə böyük olduğundan ona cüzi zərər dəyib və gəmi yavaş sürətlə Yokosuka limanındakı bazasına yan alıb.
İnsident Yaponiyanın iki iri limanı arasında baş verib.