Accessibility links

ABŞ-da gələn on illər ərzində səhiyyə peşəkarlarının ciddi çatışmazlığı yaşanacaq


ABŞ-da gələn on illər ərzində səhiyyə peşəkarlarının ciddi çatışmazlığı yaşanacaq.

2030-cu ilədək 120 min terapevt daxil olmaqla, fəal həkimlərin 1/3 hissəsi bu müddət ərzində təqaüdə çıxmış olacaq.

Bu uçuruma diqqət yetirilməsə, ucqar bölgələr bunun ağır fəsadları ilə üzləşəcək.

New American Economy araşdırma mərkəzinin bildirdiyinə görə, hər 100 min adama 200 həkim düşəcək. Daha uzaq bölgələrdə isə hər 100 min xəstəyə 82 həkim düşə bilər.

Kiçik şəhərlərdə çalışan həkimlərin 415-i xaricdə təhsil alanlar, tibb bacılarının isə 57-si xarcdə doğulanlardır.

ABŞ Əmək Statistikası Mərkəzinin bildirdiyinə görə, səhiyyə sahəsi çox artan sektor olacaq və gələcəkdə 1.3 milyon yeni iş yerinin açılacağı gğzlənilir. Onların 1/3 hissəsini tibb bacıları təşkil edəcək.

Lakin ABŞ-da işləmək istəyənlərin qarşısında yeni maneələr durur.

ABŞ prezidenti Donald Trampın səyahət məhdudiyyətləri bir çoxlarının Green Card almaq imkanı şansını azaldıb.

Trampın yeni mühaciər planının səhiyyə işçilərinə təsiri hələ ki, bəlli deyil.

Hətta hazırkı anda xaricdə doğulan səhiyyə işçiləri ABŞ əhalisi arasında daha çox təmsil olunur; 14.7% tibb bacıları və 22.7% həkim yardımçıları mühacirlədir. Bu isə ümumi əhalinin 13.7% deməkdir.

XS
SM
MD
LG