Accessibility links

Doku Umarov mülki vətəndaşlara qarşı hücumların dayandırılmasına göstəriş verib


Doku Umarov mülki vətəndaşlara qarşı hücumların dayandırılmasına göstəriş verib
Doku Umarov mülki vətəndaşlara qarşı hücumların dayandırılmasına göstəriş verib

Rusiya islamçılarının lideri Doku Umarov müxalifətin baş nazir Vladimir Putinə qarşı aksiyaların onun dəstəklənmədiyini göstədirini deyərək, mülki vətəndaşlara qarşı hücumların dayandırılmasına göstəriş verib. Üsyançıların veb səhifəsində yayımlanan videoda Umarov deyib ki, hücumlar dinc əhaliyə ziyan vura bilər. Lakin o, təhlükəsizlik və hökumət obyektlərinə qarşı hücumların davam etdiriləcəyini deyib.

Doku Umarovun çağırışı Moskvada keçiriləcək yürüşdən bir gün əvvəl edilib. Aksiyada 50000 adamın iştirak edəcəyi gözlənilir. Piket dekabr ayı parlament seçkilərinin nəticələrinə etiraz məqsədi daşıyır.

XS
SM
MD
LG