Accessibility links

Hərracda dollar bahalaşıb


Dollar
Dollar

Noyabrın 24-də Azərbaycan Mərkəzi Bankının valyuta hərracında dollar yenidən bahalaşıb.

Hərrac 1 ABŞ dolları üçün 1,7146 məzənnəsi ilə başlayıb və 1,7196 məzənnəsi ilə yekunlaşıb.

Amerika dollarının məzənnəsinin artması dollar defisiti fonunda baş verir. Bankların əksəriyyəti valyuta satışını dayandırıb ki, bu da "qara bazar"ın canlanmasına səbəb olur. "Qara bazar"da dolları 1,80 manata alırlar, 1,81 manata satırlar.

XS
SM
MD
LG