Accessibility links

Dollar möhkəmlənməyə başlayıb


 Manat və dollar
Manat və dollar

Ötən ilin ortalarından etibarən bu gün ilk dəfə Azərbaycan Mərkəzi Bankı (AMB) hərracda Amerika dolları alıb. AMB-nin məlumatında deyilir ki, aprelin 4-də AMB hərracda 400 min dollar alıb.

AMB bildirir ki, son günlər təklif tələbatdan artıq olub və milli valyutanın məzənnəsi dollara nisbətdə xeyli möhkəmlənməyə başlayıb.

Lakin AMB-nin məlumatı ilə bu gün bir çox kommersiya banklarında dollar satışının məhdudlaşdırılması ziddiyyət yaradır. Bəzi banklarda ümumiyyətlə dollar satılmayıb.

Bununla yanaşı, martın ortalarından sonra dolların məzənnəsi ilk dəfə manata nisbətdə möhkləmlənməyə başlayıb. Belə ki, Azərbaycan Mərkəzi Bankı aprelin 5-nə elan etdiyi məzənnyə görə, 1 USD/AZN rəsmi məzənnəsi 1,5165 səviyyəsində müəyyən olunub. 1 dollar bu gün 1,5094 manata bərabər olub.

Martın ortalarından başlayaraq indiyədək manat dollara qarşı möhkəmlənməkdə davam edib. Dolların məzənnəsi 1,6456 manatdan 1,5094 manata enib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG