Accessibility links

Bir gündə banklar 300 milyon dollar alıb


Yanvarın 15-də Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə 300 milyon dollar banklara satılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun açıqlamasında deyilir ki, bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 milyon ABŞ dolları, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 35 banka satııb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.

Xatırladaq ki, ARDNF artıq ikinci dəfədir ki, hər dəfə 200 milyon dollar olmaqla hərraca vəsait çıxarır.

XS
SM
MD
LG