Accessibility links

Donald Trampın hakimiyyətdəki 100-cü günündə hökümət bağlana bilər [Video]


Donald Trampın hakimiyyətdəki 100-cü günündə hökümət bağlana bilər
please wait

No media source currently available

0:00 0:02:11 0:00

ABŞ Konqresinin 2017-ci il büdcəsi ilə bağlı danışıqları yekunlaşdırmasına bir neçə gün qalıb. Əgər qanunvericilər apreiln 28-ədək bir razılığa gəlməsələr, hökümət bağlanacaq. Qanunvericilik prioritetləri üzərində gedən debat prezident Donald Trampın hakimiyyətdəki ilk 100 gününü qeyd etməyə hazırlaşdığı vaxta təsadüf edir.

Biz divarı inşa edəcəyik və bu, çox yaxın zamanda baş verəcək.
Donald Tramp

Konqres qısa aradan sonra yenidən işə başlayıb.

qanuvericilərin büdcə üzərində razılıq əldə etmələri üçün isə dörd iş günü var. Prezident Tramp onların bir razılığa gələcəklərinə dair nikbindir.

Donald Tramp: “Biz yaxında razılıq əldə edəcəyik”.

Son an büdcə ilə bağlı bir qeyri-müəyyənəliyin yaranması yeni hal deyil. Konqres 2013-cü ildə razılıq əldə etmədiyi üçün hökümət 16 günlüynə bağlanmışdı. Hətta mili parklar belə bağlı idi. Bu dəfə isə büdcə üzərində razılığın əldə edilməsi üçün son tarix başqa bir mühüm günə təsadüf edir. Bu da prezident Trampın hakimiyyətdəki 100-cü gündür.

Prezident Tramp Meksika ilə sərhəddə 3 min 2 yüz kilometrlik divarın inşa edəcəyinə dair böyük kampaniya vədini həyata keçirə bilmək üçün büdcə üzərində razılığı səbirsizliklə gözləyir.

Donald Tramp: “Biz divarı inşa edəcəyik və bu, çox yaxın zamanda baş verəcək”.

Divarın inşası milyardlarla dollara başa gələcəyi üçün Respublikaçıların Demokratlara bunu qəbul etdirməsi çox çətin olacaq.

Bundan əlavə isə aydın deyil ki, divarın maliyyələşməsi prezident Tramp üçün başlıca maneə olacaq yoxsa immiqrasiya maliyyələşməsi istiqamətində kompromisə doğru ilk addım.

Bazar ertəsi danışıqlar başlayanda Ağ Ev bununla bağlı heç nə deməməyə diqqət yetirirdi:

“Mən prezidentin nə edib-etməyəcəyini müzakirə etməyəcəm,” Son Spayser deyib.

Donald Tramp Vaşinqton adamı deyil. O, qanunvericilik və ya razılıq əldə etmək təcrübələrinə sahib deyil və biz büdcə üzərində gedən mübarizə sayəsində bunun sahid oluruq.
Molli Reynolds

Lakin Respublikaçıların yaxın zamanda səhiyyə qanunu üzərində gedən mübarizədə məğlub olmaları partiya daxilində çox təzyiq yaradıb.

“Hətta konqresmenlər üçün belə prezident Tramp və onun Ağ Ev administrasiyası ilə bağlı bir çox qeyri-müəyyənlik mövcuddur. Donald Tramp Vaşinqton adamı deyil. O, qanunvericilik və ya razılıq əldə etmək təcrübələrinə sahib deyil və biz büdcə üzərində gedən mübarizə sayəsində bunun sahid oluruq”, deyə Brukinqs İnstitutundan Molli Reynolds bildirir.

Prezident Trampın qalib gəlməli olduğu digər iki məsələ isə büdcədən sonra Konqresdə müzakirə olunacaq vergi islahatları və sağlamlıq sığortası ilə bağlı qanunlardır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG