Accessibility links

Dünya müsəlmanları Donald Trampın anti-müsəlman çıxışına kəskin reaksiya verir


Dünya müsəlmanları ABŞ prezident seçkilərində respublikaçı namizəd Donald Trampın müsəlmanların Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulması təklifinin islamofobiya və nifrət mahiyyəti daşıdığını deyərək qınayıb.

Keçən həftə Kaliforniya ştatının San Bernardino şəhərində müsəlman ər-arvadın 14 nəfərin ölümülə nəticələnmiş hücum törətməsindən sonra danışan Tramp Cənubi Karolina ştatında seçicilərlə görüş zamanı plan təklif edərək, "müsəlmanların Birləşmiş Ştatlara daxil olmasının tamamilə dayandırılmasına" çağırıb.

Misirdə nüfuzlu İslam hüququ fondu "Dərül-İfta"nın açıqladığı bəyanatda deyilir ki, "İslam və müsəlmanlara qarşı belə düşmən münasibət səkkiz milyon müsəlmanın da təmsil olunduğu Amerika cəmiyyətində gərginliyin atmasına səbəb olacaq."

Əfqanıstan partlamentinin üzvü Kamal Nasa Osoli Amerikanın Səsinə bildirib ki, o, "amerikalıların belə bir şəxsə səs verməyəcəyinə inanır".

"Terror aktının nə hər hansı bir din, ölkə, ya da irqlə heç bir əlaqəsi yoxdur"-İndoneziyanın Xarici İşlər nazirliyinin sözçüsü Armanata Nasir​

Pakistanın müsəlman din xadimlərindən ibarət qrupu təmsil edən Üləmalar Şurasının prezidenti Tahir Əşrəfi deyib ki, Trampın açıqlamaları nifrət və zorakılığın qızışdırılmasına xidmət edir.

"Əgər burada bir müsəlman lider desə ki, bu, xiristianlar və müsəlmanlar arasında müharibədir, biz onu qınayarıq. Belə isə nə üçün bir amerikalı bunu deyəndə onu qınamamalıyıq?" -deyə o Reuters agentliyinə bildirib.

Dünyada ən çox müsəlmanın yaşadığı İndoneziyanın Xarici İşlər nazirliyinin sözçüsü Armanata Nasir başqa ölkələrdə seçki kampaniyası ilə bağlı açıqlama verməyəcəyini bildirib, lakin İndoneziyanın terrorizm məsələsində mövqeyini təkrar edib. "Terror aktının nə hər hansı bir din, ölkə, ya da irqlə heç bir əlaqəsi yoxdur"-deyə Nasir Reuters agentliyinə bildirib.

"Mən bilmirdim ki, Tramp natsi dilində sərbəst danışır"-Misirin məşhur satirik yazarı Bassem Yussef

Banqladeşdə paytaxt Dhakka sakinləri Amerikanın Səsinə bildirib ki, Trampın dedikləri Amerika dəyərləri ilə bir araya sığmır.

Səudiyyə Ərəbistanında bir Twitter istifadəçisi krallığın neft sektorunda çalışan amerikalıları nəzərdə tutaraq yazıb ki, "belə olan surətdə biz də Aramco və başqa neft şirkətlərində işləyən amerikalıları işdən çıxaracağıq".
Səudiyyə Ərəbistanında daha bir anonim Twitter istifadəçisi isə "Trampın bir gün Amerikadan bütün müsəlmanların çıxarılmasına çağıracağına inandığını" yazıb.

Misirin tanınmış Təhrir News qəzeti isə Facebook sosial şəbəkəsində Donalr Trampın müsəlmanlar əleyhinə açıqlamalarının onun Amerikada prezidentlik kampaniyası və şanslarına mane olub-olmayacağı iə bağlı keçirilmiş rəy sorğusunun nəticələrini dərc edib.

Misirin məşhur satirik yazarı Bassem Yussef isə Twitter səhifəsində yazıb:"Mən bilmirdim ki, Tramp natsi dilində sərbəst danışır".

XS
SM
MD
LG