Accessibility links

Donald Tramp immiqrasiya qanunu ilə bağlı kompromisə gedə bilər [Video]


Donald Tramp immiqrasiya qanunu ilə bağlı kompromisə gedə bilər
please wait

No media source currently available

0:00 0:02:12 0:00

ABŞ prezidenti Donald Tramp immiqrasiyaya dair qanun layihəsini yekunlaşdıra bilmək üçün bəzi immiqrasiya məsələlərində kompromisə getməyə hazır olduğuna işarə edib. O sərhəd təhlükəsizliyi, Birləşmiş Ştatlarda qanuni statusu olmayan gənclərin müdafiəsi, zəncir miqrasiyası və viza lottereya proramını müzakirə etmək üçün çərşənbə axşamı hər iki partiyadan qanunvericilər ilə görüşüb. Bu görüşdən sonra hər iki partiya razılıq əldə edəcəklərinə ümid bəslədiyini bildirib.

Düşünürəm ki, demokratların dəstəyini almaq çox vacibdir, çünki bu, ikitərəfli qanun layihəsi olmalıdır. Bu sevgi qanunu olmalıdır.
Donald Tramp

İmmiqrasiyaya nəzarət və ABŞ-ın cənubi sərhədində təhlükəsizliyin təmin olunması Trampın ən əsas kampaniya vədlərindən idi, amma demokratların dəstəyi olmadan bu vədləri yerinə yetirmək çox çətindir.

“Düşünürəm ki, demokratların dəstəyini almaq çox vacibdir, çünki bu, ikitərəfli qanun layihəsi olmalıdır. Bu sevgi qanunu olmalıdır,” deyə Tramp bildirib.

Görüş zamanı diqqət Birləşmiş Ştatlarda qanuni statusa sahib olmayan 800 min gənc immiqranta yönəlib. Bu gənclər DACA proqramı altında deportasiya edilməkdən müdafiə olunurdu. Lakin Tramp ötən il proqramı ləğv etdi. Bundan əlavə bazar ertəsi o, Salvador vətəndaşlarının Müvəqqəti Müdafiə Statususnu ləğv edib. Tramp həmçinin viza lotereya proqramına son qoymaq istəyir. Lakin çərşənbə axşamı Tramp daimi immiqrasiya qanun layihəsini yekunlaşdırmaq üçün kompromisə getməyə hazır olduğunu deyib.

“Bu qanun layihəsi zəncir immiqrasiyasına son qoymalıdır. Zəncir miqrasiyası nəticəsində ölkəyə çox sayda insan gəlir və bunun nəticələri hər zaman xoşagələn olmur, çünki çox insan bizə yaxşılıq etmir. Və məncə bu otaqdakı bir çox insan, hər kəsin adına deyə bilmərəm, amma məncə çoxumuz zəncir miqrasiyasına qon qoyulmasını istəyir,” Tramp deyib.

Tramp və çox sayda amerikalılar “zəncir miqrasiyası” deyəndə ABŞ-dakı immiqrantların geridə qalan ailə üzvləri ilə birləşməsini nəzərdə tutur.

Demokratlar DACA-nın ləğvinə qarşı çıxırdılar, amma bu görüşdən sonra kompromis ehtimalının olduğunu deyiblər.

“Məncə prezident həqiqətən də razılıq əldə etmək istəyir. Bu razılığın isə baş tutub-tutmayacağı hələ ki, müəyyən olmasa da, məncə bu, mümkündür,” deyə demokrat senator Robert Menendez bildirib.

Məncə prezident həqiqətən də razılıq əldə etmək istəyir. Bu razılığın isə baş tutub-tutmayacağı hələ ki, müəyyən olmasa da, məncə bu, mümkündür.
Robert Menendez

Lakin indi Tramp onun kampaniya vədlərini həyata keçirməsini gözləyən mühafizəkar qanunverciləri sakitləşdirməyin yolunu tapmalıdır.

“O israrla DACA-nı ləğv edəcəyinə söz vermişdi. Texniki olaraq, o bunun martın 5-də baş verəcəyini elan edib, amma eyni zamanda bir sıra immiqrasiya məsələlərində kompromisə gedəcəyini deyir,” respublikaçı nümayəndə Stiv Kinq söyləyib.

Tramp ən böyük kampaniya vədlərindən biri olan ABŞ-ın cənubi sərhədində divarın inşasına başlamaq istədiyini deyib. Bu layihə indi ABŞ-ın sərhəd təhlükəsizliyi ilə bağlı daha genişmiqyaslı danışıqların bir hissəsidir.

XS
SM
MD
LG